Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Rusiyanın Yamal-Nents Muxtar Dairəsində 2025-ci ilin aprelində yeni miqrasiya qaydaları qüvvəyə minib, iqtisadiyyatın bir sıra sektorlarında əcnəbilərin işi məhdudlaşdırılıb.
Patenti olan xarici vətəndaşların işləməsinə qadağa mərhələli şəkildə tətbiq edilir və bu ilin sonuna qədər davam edəcək.
"Aprel ayında qüvvəyə minən dəyişikliklərə əsasən, Yamalda iqtisadiyyatın müxtəlif sahələrində çalışan əcnəbilərə üç mərhələdə qadağa tətbiq olunacaq", - regional hökumətin mətbuat xidməti rəsmi Telegram kanalında bildirib. Yeni qaydaların yalnız patentlə işləyən miqrantlara şamil edildiyi vurğulanır.
Bəyanatda məhdudiyyətlərin üç mərhələni əhatə etdiyi və müxtəlif iqtisadi fəaliyyət növlərinə təsir etdiyi açıqlanıb.
Özbəkistan, Tacikistan, Azərbaycan, Moldova, Ukrayna, Türkmənistan, Abxaziya və Cənubi Osetiya vətəndaşları patentlə Yamalda işləyə bilməyəcəklər. Fəaliyyət Qırğızıstan, Belarusiya, Ermənistan və Qazaxıstan vətəndaşları üçün əlçatan olacaq.
Rayon hakimiyyət orqanları reqlamentin tətbiqi ilə bağlı məsləhətlərin alınması üçün əlavə resurslar təqdim ediblər. Qaynar xəttin nömrələri və sənədin tam mətninə, habelə iqtisadi fəaliyyət növlərinin təsnifatına keçidlər rəsmi mənbələrdə dərc olunub.
Qeyd olunur ki, yeniliklər məşğulluğun tənzimlənməsinə və regional əmək bazarında sabitliyin təmin edilməsinə yönəlib./lent.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 28 May 2025 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















