Icma.az
close
up
RU
Rusiyadan sərt qadağa Azərbaycanlılar bu sahələrdə işləyə bilməyəcək

Rusiyadan sərt qadağa Azərbaycanlılar bu sahələrdə işləyə bilməyəcək

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Rusiyada miqrantlara qarşı demək olar ki, hər gün yeni məhdudiyyətlər tətbiq olunur.

Bakupost.az xəbər verir ki, bu dəfə Sankt-Peterburq şəhərində yerli hakimiyyət orqanları miqrantların kuryer və taksi sürücüsü kimi işləməsinə qadağa qoyulmasını nəzərdə tutan qərar layihəsi təqdim edib.

Sözügedən qadağa iyul ayından qüvvəyə minə bilər. Qərarın 2025-ci ilin sonuna qədər davam etməsi gözlənilir. Daha sonra uzadılması da mümkündür. Qadağa əmək patenti əsasında işləyən xarici vətəndaşlara şamil olunacaq. Məhdudiyyət Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan vətəndaşlarına şamil olunmayacaq, çünki bu ölkələrin vətəndaşları üçün patent tələb olunmur. Bu isə o deməkdir ki, yeni məhdudiyyətlər Azərbaycan, Tacikistan, Özbəkistan, Türkmənistan və Gürcüstan vətəndaşlarını əhatə edəcək.

Rusiyalı iqtisadçı Nikolay Kulbaka bildirib ki, bu tədbirlərin ilk və ən aydın nəticəsi taksi və kuryer xidmətlərinin qiymətlərindəki artım olacaq:

“Rusiyada hazırda işsizlik səviyyəsi təxminən 2–3 faiz təşkil edir. Bu isə iqtisadiyyatın normal fəaliyyəti üçün lazım olan səviyyədən xeyli aşağıdır. ‘Təbii işsizlik səviyyəsi’ iqtisadiyyatda 3,5–4,5 faiz kimi qəbul olunur. Yəni işçi qüvvəsi çatışmazlığı kəskin şəkildə hiss olunur. Əlbəttə, bu, regionlara və sahələrə görə dəyişir. Məsələn, taksi sektorunda miqrantların payı 70–80 faizdir. Bu səbəbdən onların sayının azalması bazarda təklifin azalmasına, nəticədə isə qiymət artımına səbəb olacaq. Biz taksi və oxşar xidmətlərin qiymətinin artdığını görəcəyik. Bu, qarşıda duran bir problemdir.”

Rusiyada miqrantlara iş icazələrinin – yəni əmək patentlərinin verilməsi regional hakimiyyətlərin səlahiyyətindədir. Son bir il ərzində ölkənin bir çox bölgəsində bu patentlərin verilməsi qaydaları sərtləşdirilib. Bəzi regionlarda miqrantlara ictimai iaşə, ictimai nəqliyyat və taksi sahələrində işləmək qadağan olunub.

Xüsusilə Cənub regionlarında, Avrasiya İqtisadi İttifaqına daxil olmayan keçmiş sovet respublikalarından olan miqrantlara, o cümlədən azərbaycanlılara demək olar ki, bütün sahələrdə işləmək qadağandır. Yalnız tikinti sektorunda müəyyən imkanlar qalır.

Bu məhdudiyyətlərlə paralel olaraq, Rusiya hüquq-mühafizə orqanları miqrantlara nəzarəti gücləndirir. Kampaniyanın əsas təşəbbüskarlarından biri İstintaq Komitəsinin sədri, general Aleksandr Bastrıkindir.

Mənbələrin məlumatına görə, Bastrıkin miqrantların iştirak etdiyi hüquq pozuntuları, hətta ən xırda məişət hadisələrini belə şəxsi nəzarətə götürür. Son vaxtlar o, küçələrdə meyvə-tərəvəz satışı hallarını da nəzarətə götürüb.

Məsələn, sosial şəbəkələrdə Orlov vilayətində azərbaycanlıların məktəb yaxınlığında meyvə-tərəvəz satdığı barədə məlumat yayıldıqdan sonra Bastrıkin yerli idarəyə göstəriş verib ki, araşdırma aparılsın və nəticələr barədə şəxsən ona məlumat verilsin.

Bunun ardınca İvanovo vilayətindən daha bir şikayət daxil olub – sakinlər bildiriblər ki, miqrantlar ticarət mərkəzinin yanında kənd təsərrüfatı məhsulları və təsərrüfat mallarını icazəsiz satırlar. Bastrıkin bu məsələ üzrə də yerli istintaq idarəsinə təcili araşdırma aparılması və müvafiq tədbirlər görülməsi göstərişini verib.

Aysel,
BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 İyun 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri