Icma.az
close
up
RU
Azərbaycanlılara qarşı proses yuxarıdan idarə olunub Deputat

Azərbaycanlılara qarşı proses yuxarıdan idarə olunub Deputat

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Son vaxtlar Rusiyada müşahidə etdiyimiz irqçi, islamafob əməllər heç də yeni deyil. 1990-cı illərdən başlayaraq bu ölkədə qeyri-rus millətlərə, xüsusilə də Qafqaz və Orta Asiya mənşəli insanlara qarşı zorakılıq halları mütəmadi baş verib. “Rus Milli Birliyi” və digər neonasist qruplar tərəfindən təşkil edilən hücumlar uzun müddət cəzasız qalıb. 2000-ci illərdə keçirilən “Rus yürüşü” kimi aksiyaların isə dövlət səviyyəsində qarşısı alınmaq əvəzinə, bəzi hallarda dolayı dəstək görürdü.

Bunu Bakupost.az -a Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.

O, hazırda baş verən hadisələri həmin nifrət siyasətinin davamı kimi qiymətləndirib. Deputat bildirib ki, cinayətkarlığın baş alıb getməsi, xaotik hadisələr, qeyri-rus millətlərə qarşı yürüşün keçirilməsi, təbii olaraq bunların cəzasız qalması onu deməyə əsas verir ki, proseslər ən yuxarı səviyyədə idarə olunub:


“Azərbaycanlılara qarşı Rusiya cəmiyyətdə bir növ sətiraltı bir siyasət aparılır, nifrət yaradılır. Hiss olunur ki, Yekaterinburq hadisələri bir mərkəzdən idarə olunub.

Hal-hazırda Rusiya cəmiyyətində psixoz bir hal var, müharibənin yorucu tərəfləri, gənclərin kütləvi şəkildə müharibədə ölməsi insanların gələcəyə olan ümidini sarsıdıb və qısa vaxtda başa çatacağı deyilən müharibə artıq illərdir davam edir, sonu da hələ görünmür. Dövlət təbii olaraq burada bir növ odun üstünə su tökməyə çalışır və ultramillətçi tərəfini qabardır”.

Deputat əlavə edib ki, son hadisələr, hüquq-mühafizə orqanlarının qəddarlığı, davranış qaydalarının kobudcasına pozulması, saxlanılan insanlara verilən işgəncələr nə beynəlxalq hüquqda, nə də Rusiyanın milli qanunvericiliyində nəzərdə tutulmayıb:

“Təbii ki, verilən komanda var, onu icra edənlər hansısa tapşırığı yerinə yetirirlər və düşünürük ki, Rusiya cəmiyyəti özü bununla mübarizə aparmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin notası, cəmiyyətin sualları Rusiya rəsmiləri tərəfindən dəqiq formatda cavablandırılmalıdır. Rusiya hüquq-mühafizə orqanlarının bu vəhşiliyi dayandırılmalı və bu işdə günahı olan hər bir hüquq-mühafizə orqanı əməkdaşı məsuliyyətə cəlb olunmalıdır. Bunu qanun, insanlıq tələb edir. Özünə hörmət edən dövlət bu məsələlərə tamaşaçı qalmamalıdır. Bununla həm cəmiyyət, həm də dövlət mübarizə aparmalıdır. Çünki bu gün baş verən hadisələr sabah rusların özünə qarşı da çevrilə bilər. Yəni bu yanaşma kökündən dəyişdirilməlidir. Rusiya çoxmillətli dövlətdir, dövlət belə halların qarşısını almasa, bu, daxildə çox böyük problemlər yaradacaq”.

Aysel,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 İyul 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri