Icma.az
close
up
RU
Deputat: “Rusiya digər bölgələrdə də azərbaycanlılara qarşı…” NONSENS!

Deputat: “Rusiya digər bölgələrdə də azərbaycanlılara qarşı…” NONSENS!

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Rusiyanın Yekaterinburqda azərbaycanlılara qarşı törətdiyi hadisə sübut edir ki, bu ölkədə insanlığa qarşı polis dövlət yaradılıb”.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib.

Partiya başqanı qeyd edib ki, Rusiya Ukraynada uşaqları qətlə yetirən bir dövlət, indi artıq öz daxilində  də cinayətlər törətməyə davam edir:

“Polis qüvvələrini və xüsusi xidmət orqanlarını səfərbər edib, vətəndaşlara işgəncələr verir, cinayətlər törədir. Bu, təəccüblü deyil, çünki onların mahiyyəti budur. Dünya bu rejimi, bu dövlətin insanlığa qarşı olan fəaliyyətinə qiymət verib və onlara qarşı müvafiq sanksiyalar tətbiq edib. Bu sanksiyaları daha da gücləndirməyə çalışırlar”. A.Mollazadə söyləyib ki, biz Rusiyanın Qarabağda tərətdiyi cinayətlərdən onların mahiyyətini bilirik:
“Artıq bu cinayətlərin miqyası artıb. Belə hadisələr tək Yekaterinburqda deyil, digər bölgələrdə də gözlənilir. Söhbət tək azərbaycanlılardan getmir. Bilirsiniz ki, bundan əvvəl özbəklərə və ümuməm keçmiş sovet ölkələrindən olan vətəndaşlara qarşı da belə terrorlar törədiblər. Bu, rejimin mahiyyətini aydın şəkildə ortaya qoyur. Polis rejimi tətbiq olunub ki, daxildə də igəncələri davam etdirsinlər. Çox güman ki, Ukryana bunlara bəs etmir”.

Rusiyan qıcılandıran səbəblərə diqqət çəkən parlamentari vurğulayıb ki, onlar özlərindən qıcılanırlar:

“Bu ölkəni idarə edənlərin çox ciddi ruhi xəstəlikləri var. Bu ruhi xəstəliklər məhz sadism əlamətləri daşıyır. Bu sadizm məhz insanlığa qarşı olan cinayətlərin əsasını təşkil edir. Onlar belə işgəncələrdən həzz alırlar”.

“Rusiya Ukrayna cəbhəsindən “əli güclü” çıxarsa, Qarabağa yenidən “tamah” sala bilərmi?” sualına gəlincə, həmsöhbətimiz ərz edib ki, onların Qarabağa cürəti çatmayacaq:

“Çox gözəl başa düşürlər ki, Azərbaycan yalnız deyil, Azərbaycanın çox güclü müttəfiqləri var və ölkəmiz kifayət qədər güclü orduya malikdir. Rusiya yenidən sovet ittifaqını bərpa etmək istəyir. Əlbəttə, onların iddiaları Ukrayna ilə yekunlaşmayacaq. Orta Asiya ölkələri, Cənubi Qafqaz, Baltik ölkələri onların gələcək hədəflərindədir. Dünya da bunu bilir. İnanıram ki, beynəlxala birlik Rusiyaya qarşı daha sərt mövqe müəyyənləşdirməsə, dünya təhlükə ilə üzləşəcək”.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 İyun 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see239

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see166

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see157

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see154

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see142

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see140

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see139

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see137

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see134

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see130

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see130

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see129

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see128

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see126

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see126

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see124

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see122

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri