Icma.az
close
up
RU
Azərbaycanlıların döyüşdüyü şəhərin adı dəyişdirilir? Putinin həmləsi

Azərbaycanlıların döyüşdüyü şəhərin adı dəyişdirilir? Putinin həmləsi

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Volqoqrad Beynəlxalq Hava Limanına “Stalinqrad” adının verilməsi haqqında fərman imzalayıb. Putinin imzaladığı fərmanda qeyd olunur ki, Sovet xalqının 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbəsini əbədiləşdirmək məqsədilə Volqoqrad Beynəlxalq Hava Limanına “Stalinqrad” tarixi adının verilməsi qərarına gəlinib.

Rusiya Prezidenti Vladimir Putinin Stalinqrad qərarının əsasında dayanan hansı mühüm məsələlər var? O, dünyaya hansı mesajı verir?

Globalinfo.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, İkinci Dünya müharibəsində faşizm üzərində qazanılmış qələbənin 80 illiyi getdikcə böyük tarixi hadisələrin uzaq keçmişə çevrildiyini göstərir:

“Bu qələbə yalnız Sovet xalqının deyil, bütövlükdə dünya ictimaiyyətinin gələcəyi üçün önəmli dönüş nöqtəsi idi. Sovet xalqı faşizm üzərində möhtəşəm bir qələbə qazandı. Əgər Hitler bu müharibədə qalib gəlsəydi, bəşəriyyəti hansı fəlakətlərin gözləyəcəyi məlum deyildi. Bu məsələnin Rusiya və ümumilikdə türk xalqları üçün xüsusi əhəmiyyəti var. Sovet İttifaqının bu müharibədə qalib gəlməsində Azərbaycanın da böyük rolu olub. Azərbaycanın nefti və neftçilərimizin fədakarlığı olmasaydı, bu uğuru əldə etmək mümkün deyildi”.

Tofiq Abbasov qeyd edib ki, hazırda Qərbdə müəyyən qüvvələr müharibədə qələbənin əsas memarı kimi Sovet İttifaqını görmək istəmirlər və tarixi saxtalaşdırmağa çalışırlar:

“Bu, böyük bir siyasi avantüradır. Tarixi saxtalaşdırmaq olmaz. Təəssüf ki, biz bu tendensiyaya dəfələrlə şahid olmuşuq. Ermənilər uzun illərdir tarixi təhrif etməyə, ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Digər xalqlar da bilməlidir ki, ermənilər Qafqazda necə və nə zaman peyda olublar, hansı proseslər nəticəsində torpaqlarımıza köçürülüblər. ABŞ və Qərbdə də analoji cəhdlər davam edir”.

Tofiq Abbasov

Politoloqun fikrincə, belə hallara qarşı ən effektiv yol tarixi yaddaşın qorunmasıdır və bunun müxtəlif vasitələri var:

“Tarixi yaddaşı yaşatmaq üçün müxtəlif üsullar mövcuddur: abidələrin ucaldılması, memorial komplekslərin yaradılması, maarifləndirici məlumatların yayılması və s. Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Volqoqrad vilayətinin qubernatoru ilə görüşündə əhalinin bu məsələyə münasibətini öyrənib. Sorğular göstərib ki, əhalinin bir hissəsi şəhərə yenidən “Stalinqrad” adının verilməsini dəstəkləmir. Lakin Volqoqrad Beynəlxalq Hava Limanına “Stalinqrad” adının verilməsi bu adın tarixi əhəmiyyətini qoruyub saxlayır. Həmin hava limanı müharibə zamanı nasistlərin də nəzarətində olmuşdu, çünki şəhərin böyük hissəsi işğal edilmişdi. Amma nəticə etibarilə, uzun sürən qanlı döyüşlərdə sovet qoşunları şəhəri müdafiə edə bildi və Hitlerin əsas diviziyalarını mühasirəyə alaraq darmadağın etdilər”.

Tofiq Abbasov sonda əlavə edib ki, Stalinqrad indiki Volqoqrad şəhəri təkcə Rusiyanın deyil, ümumilikdə dünya tarixinin ən əlamətdar məkanlarından biridir:

“Bu şəhərin tarixi və simvolik əhəmiyyəti olduqca böyükdür. Ona görə də belə vacib hadisələri unutmamaq, gələcək nəsillərə doğru şəkildə ötürmək bizim əsas vəzifəmizdir”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Aprel 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri