Icma.az
close
up
RU
Putinin əli azərbaycanlıların qanına batıb AzTV

Putinin əli azərbaycanlıların qanına batıb AzTV

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Televiziyası (AzTV) Rusiya Prezidenti Vladimir Putini, Moskvanın azərbaycanlılara qarşı yönələn siyasətini sərt tənqid edib.

Axar.az xəbər verir ki, bu barədə AzTV-nin sədri Rövşən Məmmədovun müəllifi olduğu "Həftə" analitik-informasiya proqramında danışılıb.

O, məsələnin şərhinə Prezident İlham Əliyevdən sitat gətirməklə başlayıb:

“Doğurdan da 44 günlük Vətən müharibəsində qazanılan qələbə Prezident İlham Əliyevin dediyi kimi çox böyük layları yerindən tərpətdi. Laylar yerindən tərpənəndə də hər kəsin əsil siması üzə çıxır – elə region ölkələlərinin də... O cümlədən də Rusiyanın...

Nə olub, cənab Putin? Azərbaycanın regionda güclü bir dövlətə çevrilməyi, son 200 ildə ilk dəfə olaraq torpaq verməyib, öz gücü ilə torpaq alıb suverenliyini və ərazi bütövlyünü bərpa etməsi, milli maraqlarını qoruması, prinsipial siyasət ortaya qoyması, Prezident İlham Əliyevin qlobal arenada liderliyinin qəbulu və ən müxtəlif beynəlxalq kürsülərdən etirafı sizi beləmi narahat edir? Başa düşürük, siz axı öyrəşmisiniz böyük Rusiyanın zorla öz ərasizinə daxil etdiyi xalqlar üzərində hökmranlığına...

İstər Çar Rusiyası dövründə olsun, istərsə də İttifaq dönəmində ali irq rus xalqı idi, azərbaycanlılar, özbəklər, qazaxlar, qırğızlar, türkmənlər və digər millətlərin nümayəndələri hər zaman ikinci dərəcəli xalq kimi qəbul olunub və bu gün hər iki imperiya tarixin zibilliyinə atılsa da düşüncə dəyişməyib, ənənə davam edir. Bir zamanlar Stalin başını qaldırıb azadlıq tələb edəni NKVD-nin əli ilə yox edirdi, bu gün isə Putin haqqını tələb edəni OMON-nun əli ilə yox edir. Necə deyərlər, davam edir 37, daha kəskin, daha ciddi...

Amma görəsən rəsmi Kreml və konkret Rusiya Prezidenti Vladimir Putin anlayırmı ki, artıq 37-ci il deyil, 2025-ci ildir və bir zamanlar İttifaqın tərkibində olan dövlətlər də 30 ildən çoxdur ki, müstəqildirlər. Anlayırmı ki, tarixdə heç nə unudulmur? Nə Stalin dövrünün repressiyası, hansı ki, Azərbaycan xalqının düşünən başları kəsildi, nə “20 Yanvar” hadisəsi, nə “Xocalı soyqırmı”, nə Azərbaycan torpaqlarının işğalı və 30 il bu torpaqların işğal altında qalması - hansı ki, üzdə Ermənistanın, altda isə birbaşa Rusiyanın əli ilə bu xalqa yaşadıldı. Bəli, məhz Rusiyanın... 30 illik dönəmdə öz əsəri olan Qarabağ probleminin həllinə imkan verməyən və bu illər ərzində də Azərbaycanın məhz Qarabağ damarını basmaqla biz min bir əziyyət verən, əsəblərimizlə, milli qürurumuzla oynayan Rusiya Qarabağ problemi həll olununca gücünü ölkəsində yaşayan azərbaycanlılara göstərir".

R.Məmmədov daha sonra növbəti süjeti nümayiş etdirib və bildirib:

“Buyurun, baxın... OMON xüsusi təyinatlı dəstəsi Yekaterinburqda məhz azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirir, Səfərovlar ailəsinə edilən basqında dinc sakinlər vəhşicəsinə döyülərək öldürür, sağ qalanlar isə həbsxanaya salınır və bu vəhşilik azərbaycanlılara münasibətdə nə ilkdir, nə də son... Bu zorakılıqlar məhz Qarabağ zəfərindən sonra Rusiyanın azərbaycanlılara qarşı davam edən və daha da azğınlaşan şovinist siyasətinin, bir növ qisas əməliyyatının davamıdır. İndi də Rusiya tərəfi bildirir ki, hadisə araşdırılır. Nə araşdırılacaq? Ötən ilin dekabrında Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin məhz Rusiya səmasında raketlə vurulmasının səbəbləri araşdırıldımı? Hansı ki, 38 nəfər həlak oldu... Rusiya tərəfi faciədən ötən müddət ərzində bir dəfə də olsun açıq şəkildə rəsmən üzr istəməyi də bacarmadı, yaxud özünə sığışdırmadı. Eləcə də azərbaycanlı millət vəkili Moskva hava limanında saxlanılır və heç bir səbəb göstərilmədən ölkəyə girişinə icazə verilmir. Eləcə də çoxsaylı kiberhücumlar, hansı ki, birbaşa Rusiyadan gəlir, eləcə də Solovyov kimi ünsürlərin Azərbaycan xalqına ünvanladığı təhriqlər, hədələr... Özü də hansısa Yutub kanalında deyil, Rusiyanın dövlət kanalında...

Və bütün bunlar da azmış kimi, Rusiyanın teleqram kanalları da Azərbaycanın üzərinə hücuma keçir, İsrail-İran münaqişəsində ölkəmizin iştirakı barədə dezinformasiyalar yayır. Təsadüfdürmü? Əlbəttə ki, xeyr... Kampaniyadır. Və bu kampaniyanın da başında birbaşa rəsmi Kreml, birbaşa Rusiya prezidenti Vladimir Putin durur. Niyə əminliklə deyirik? Ona görə ki,

1. Azərbaycana qarşı hücumlar kütləvidir, sistemlidir və birbaşa rəsmi mənbələrin iştirakı ilə həyata keçirilir.

2. Bütün bu proseslərdə Rus Pravoslav kilsəsinin də iştirakı, nəyinki iştirakı birbaşa qızışdırıcı yer tutması, ideoloji təxribatları əsaslandırması, hüquq mühafizə orqanlarının vəhşiliyinə haqq qazandırması, 3. Baş vermiş hadisələrlə bağlı Rusiya tərəfinin ən azı qonşuluq prinsiplərinə uyğun Azərbaycanı məlumatlandırmaması, rəsmi açıqlama verməməsi... Hər bir halda bu gün Yekaterinburqda yaşananlar humanizmdən, sağlam əməkdaşlıqdan, dostluqdan dəm vuran Rusiya dövlətinin və rus xalqının faciəsidir. Baş verənlər Azərbaycan – Rusiya münasibətlərinə çox ciddi zərbədir. Yaşananlar regional təhlükəsizliyə və sabitliyə təhdiddir və nəyin nə üçün baş verdiyini gözəl anlayan Azərbaycan tərəfi də Rusiyaya konkret mesajlar göndərir ki, münasibətləri gərginləşdirmək heç bir tərəfin xeyrinə deyil".

AzTV sədri həmçinin qeyd edib ki, Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb və məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə rəsmi Bakının gözləntilərini qarşı tərəfin diqqətinə çatdırılıb:

"Nəticəsi olacaqmı? Ümid edirik ki, olacaq... Lakin sonra da düşünürsən ki, Rusiya dili, dini eyni olan slavyan xalqına, konkret Ukraynaya nələr yaşatdı...”

AzTV-nin Vladimir Putinin adını çəkərək Kremlin siyasətini tənqid edən süjetlərini təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://axar.az
archiveBu xəbər 30 İyun 2025 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri