Azərbaycanlıların əcnəbilərlə bağladığı 4447 nikahı pozulub
Icma.az, Modern.az saytına istinadən bildirir.
Azərbaycan vətəndaşlarının əcnəbilərlə qurduğu ailələr və belə nikahların sonrakı taleyi hər zaman ictimai maraq doğurub.
Modern.az “sərhədləri aşan” nikahların nə dərəcədə davamlı olduğunu öyrənmək məqsədilə Ədliyyə Nazirliyinin Mətbuat xidmətinə sorğu ünvanlayıb.
Nazirliyin təqdim etdiyi məlumata görə, 2024-cü ildə Azərbaycan vətəndaşlarının əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərlə həmin, yaxud əvvəlki illərdə bağladığı 1784 nikah pozulub.
Belə boşanmaların sayı 2025-ci ildə 1629, 2026-cı ilin ilk səkkiz ayında isə 1034 olub.
Boşanılan nikahlardakı əcnəbi tərəflər əsasən Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Qazaxıstan vətəndaşlarıdır.
Beləliklə, son iki il səkkiz ay ərzində Azərbaycan vətəndaşlarının əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağladığı ümumilikdə 4447 nikahın pozulduğu rəsmiləşdirilib.
Lamiyə Cənnətzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 23 Sentyabr 2026 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















