Icma.az
close
up
RU
Azərbaycanlıların “Green Card” xəyalı suya düşür? Dəyişiklik ola bilər

Azərbaycanlıların “Green Card” xəyalı suya düşür? Dəyişiklik ola bilər

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycandan bu il 1730 nəfərin ABŞ-da daimi yaşamaq və işləmək hüququ verən “Green Card” qazandığı açıqlanıb. Lakin ABŞ-da siyasi kursun dəyişməsi, xüsusilə də Donald Trampın yenidən hakimiyyətə gəlişi fonunda bu prosesin gələcəyi sual altına düşür. İddialara görə, Tramp administrasiyasının “Green Card” siyasətində planlaşdırdığı dəyişikliklər prosesə ciddi təsir edəcək.

“Greed Card” qazanan azərbaycanlıların aqibəti necə ola bilər?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, ABŞ hüquqi dövlətdir və burada qanunun aliliyi yüksək səviyyədə qorunur. Ölkənin siyasi sistemi və idarəetmə prosesi çox sabitdir, bir nəfərin hakimiyyətə gəlməsi əsasən böyük dəyişikliklərə səbəb olmur:

“ABŞ-da hər bir addım, qərar mövcud qanun və qaydalara uyğun olaraq həyata keçirilir. Məsələn, Donald Trampın hakimiyyətə başlamasından sonra bir çox məsələlər üzrə müzakirələr və debatlar olsa da, köklü və sistematik dəyişikliklər həyata keçirilməyib. ABŞ-da hüquq, qanun hər şeydən əvvəl gəlir və bu, ölkənin idarəetmə strukturunun əsasını təşkil edir”.

Əkrəm Həsənov

Əkrəm Həsənov əlavə edib ki, gələcəkdə ABŞ-da “Green Card” proqramı ilə bağlı bəzi məhdudiyyətlər və ya qadağalar tətbiq oluna bilər, lakin hazırda bu barədə hər hansı konkret bir dəyişiklik gözlənilmir:

“Bu il Azərbaycanda 1730 nəfər “Green Card” qazanıb və yaxın gələcəkdə ABŞ-a köçmək hüququna sahib olacaqlar. “Green Card” sadəcə ABŞ-da yaşamaq hüququ verir, amma iş tapmaq və ya sosial təminat almaq məsələsində heç bir zəmanət yoxdur. Bu, Avropa ölkələrindən fərqlidir, çünki orada sosial təminat sistemi daha geniş şəkildə tətbiq olunur. Ümumiyyətlə, azərbaycanlılar digər Asiya və Afrika ölkələrindən fərqli olaraq, tezliklə adaptasiya ola bilirlər və yeni həyat şəraitinə uyğunlaşmaqda çətinlik çəkmirlər. “Green Card” proqramı ilə bağlı düşünülən məhdudiyyətlərin nə qədər real olduğunu dəqiq söyləmək çətindir. Lakin ABŞ-ın daxilində müxtəlif siyasi və iqtisadi səbəblərlə belə dəyişikliklərin baş verə biləcəyi də istisna edilməməlidir”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 May 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri