Icma.az
close
up
RU
Green card ləğv olunur?

Green card ləğv olunur?

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp beş milyon dollara başa gələcək “qızıl kart” viza proqramını tətbiq etmək planını açıqlayıb. Qızıl kart zəngin əcnəbilərə daimi yaşayış və vətəndaşlıq təklif edir.

"Onlar varlı və uğurlu olacaqlar. Çoxlu pul xərcləyəcək, çoxlu vergi ödəyəcək və çoxlu insanı işlə təmin edəcəklər. Biz onların çox uğurlu olacağını düşünürük", - Tramp çərşənbə axşamı Ağ Evdə verdiyi açıqlamada bildirib.

News24.az xəbər verir ki, ABŞ Ticarət Naziri Hovard Lutnik "qızıl kart" tətbiqinin hazırda xarici investorlara viza verən EB-5 investor viza proqramını əvəz edəcəyini söyləyib.

Tramp nə təklif edir?

Tramp yeni viza proqramı üçün iş yerlərinin yaradılması tələbini qeyd etməyib. “Pullu insanlar olacaq” deyib.

EB-5 vizalarının sayı məhduddur. Tramp isə, federal hökumətin kəsiri bağlamaq üçün təxminən 10 milyon "qızıl kart" sata biləcəyini söyləyərək, "Əla olacaq, bəlkə də heyrətamiz olacaq" deyib.

"Bu, insanlar üçün vətəndaşlığa aparan yol olacaq. Bu, ilk növbədə varlı və inanılmaz dərəcədə istedadlı insanlardır. Zəngin insanlar bu istedadın gəlməsi üçün pul ödəyəcəklər. Şirkətlər insanların gəlməsi üçün pul ödəyəcək və onlar ölkədə uzunmüddətli statusa sahib olacaqlar", - Tramp bildirib.

Jurnalistlərin zəngin rusların da bu qızıl kartı ala biləcəyi sualına Tramp "Bəli, çox güman ki. Mən çox yaxşı insanlar olan bəzi rus oliqarxlarını tanıyıram" cavabını verib.

Qeyd edək ki, qızıl kart vizası sahiblərinin vətəndaşlıq üçün nə qədər gözləyəcəyi bəlli deyil. Yaşıl kart sahibləri və cari EB-5 viza proqramının benefisiarları vətəndaşlıq üçün müraciət etmək hüququna malik olmaq üçün ümumiyyətlə beş il ABŞ-da qanuni yaşamalıdırlar.

ABŞ vətəndaşlığı üçün tələbləri Konqres müəyyənləşdirir, lakin Tramp “qızıl kart” üçün Konqresin təsdiqinə ehtiyac olmadığını müdafiə edib və planın təfərrüatlarının iki həftə ərzində açıqlanacağını bildirib.

Günel Məlikzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:298
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 Mart 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see398

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see337

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see334

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see305

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see304

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see292

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see289

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see286

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see278

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see272

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see267

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see266

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see254

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see251

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see246

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see241

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see240

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see235

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see226

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri