Icma.az
close
up
RU
Azərbaycanlıların nəzərinə: Rusiya miqrantlarla bağlı sərt tədbirlərə başladı

Azərbaycanlıların nəzərinə: Rusiya miqrantlarla bağlı sərt tədbirlərə başladı

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Son günlər mediada və ictimaiyyətdə müzakirə olunan məsələlərdən biri də Rusiyada miqrantlarla bağlı qəbul olunan qərarlardır. Belə ki, rəsmi Moskvanın bu prosesi ciddi nəzarətdə saxladığı düşünülür. Rusiya hökuməti dekabrın 1-dən ölkənin sərhədini keçə bilmək üçün biometrik məlumatları təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə aparılacaq eksperimenti təsdiqləyib. Müvafiq qərarı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.

Rusiya hansı məsələyə görə bu cür qabaqlayıcı tədbirlər görür? Ölkəyə terrorçu, diversant qruplar gələ bilər? Yoxsa başqa səbəblər, amillər var?

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Rusiya üçün prioritet ölkənin təhlükəsizliyidir, iqtisadiyyat və s. sonra gəlir:

“Bununla bağlı uzun illərdir mühüm işlər görülür. Rusiya Prezidenti Vladimir Putin də hər çıxışında bu məsələlərə diqqət çəkir. Ukrayna müharibəsindən sonra ölkə təhlükəsizliyinin təmin edilməsi prosesi xeyli genişləndirilib. Vaxtilə ABŞ-da Donald Trampın hakimiyyətə gəlişini Rusiya ilə əlaqələndirmişdilər. Bunun ardınca Kremlə məxsus media orqanlarının saytlarını kiber hücumlarla dağıtdılar. Co Baydenin hakimiyyətə gəlməsi isə Rusiyanı təhlükəsizlik məsələlərində daha çox iş görməyə sövq etdi. Bu zaman Ukrayna savaşı artıq qapıda idi”.

Ramiyə Məmmədova

Ramiyə Məmmədovanın sözlərinə görə, Rusiya ölkəyə gələn miqrantlarla bağlı xeyli tədbirlər həyata keçirir:

“Əvvəl Rusiyaya gedən insanlar gömrüklərdə ciddi yoxlamalardan keçmirdilər. İndi isə hər bir şəxs çox ciddi yoxlanmadan keçir. Bu insanların Rusiyaya nə üçün gəldiyi ilə bağlı araşdırmalar aparılır. Bir şəxsin hansı ölkədən gəlməsi də xüsusi diqqət edilən mövzudur. Rusiyaya gedənlərin 10 gün sonra qeydiyyat məsələləri dəqiqləşdirilir, harada yerləşdikləri haqqında məlumat toplanır. Bütün bunlar təhlükəsizlik üçün həyata keçirilir. Rusiya Prezidenti Vladimir Putin açıqlamalarında qeyd edir ki, ölkəyə həddindən artıq işçi qüvvəsi gəlir və rəsmi Moskvanın bu işçi qüvvəsinə ehtiyacı var”.

Politoloq qeyd edir ki, “Krokus Siti Hall”da baş verən terror aktı, eləcə də digər bənzər hadisələrin arxasından həm də ölkədəki miqrantlar çıxdığı üçün sözügedən tədbirlərin görülməsi əsas şərtə çevrilib:

“Terror hadisələrinin qarşısını almaq üçün Rusiya bu gün miqrantlarla bağlı mühüm tədbirlər görür. Vladimir Putin çıxışlarının birində qeyd etmişdi ki, ölkəyə gələn miqrantlar rus dilini bilməli, rus mədəniyyətindən anlayışı olmalı, professional şəkildə işlərinin öhdəsindən gəlməlidirlər. Çünki Rusiyanın inkişaf etməsi üçün ölkəyə yeni beyin axını zəruridir”.

Qeyd edək ki, Rusiyanın sözügedən tələbi bu ölkədəki azərbaycanlılar tərəfindən də narahatlıqla izlənir. Onlar Azərbaycana gəlib yenidən Rusiyaya qayıdanda müəyyən problemlərlə üzləşə bilərlər. Buna görə də soydaşlarımızın yeni qaydalara uyğun addımlar atmaları tövsiyə olunur.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Noyabr 2024 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri