Icma.az
close
up
RU
Rusiyada miqrantlarla bağlı sərt qaydalar qüvvəyə minir Azərbaycanlıların çıxış yolu nədir?

Rusiyada miqrantlarla bağlı sərt qaydalar qüvvəyə minir Azərbaycanlıların çıxış yolu nədir?

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Krokus terroru”, eləcə də rus general İqor Kirillovun ölümündən sonra Rusiyada miqrantlara təzyiqlər artıb. Yeni ilin ilk günü, yəni yanvarın 1-də Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minib. Belə ki, bu tarixdən etibarən Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyası ərazisində müvəqqəti qalma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. Bundan başqa, rus dilini bilmək öhdəliyi tətbiq ediləcək. Hətta bu dili bilməyən uşaqların orada məktəbə getməsi qadağan olunub.

Rusiyada yaşayan azərbaycanlıların taleyi necə olacaq?

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Ukrayna müharibəsindən sonra Rusiyada miqrantlara qarşı fərqli yanaşma formalaşmağa başladı:

“Rusiya daha çox postsovet ölkələrindən miqrantlar qəbul edirdi. Oraya gedən insanlar işləmək və ailələrinə pul göndərməyə çalışırdılar. “Krokus holl”da törədilən terror aktından sonra Rusiyada miqrantlara qarşı kəskin yanaşma daha ciddi xarakter almağa başladı. “Valday” görüşündə Rusiya Prezidenti Vladimir Putin qeyd etdi ki, ölkəyə işləməyə gələn miqrantların hər biri həm rus dilini bilməli, həm də dövlətin mədəniyyətinə uyğunlaşmalıdır. Eyni zamanda işlərində peşəkar olmaları zəruridir”.

Politoloq qeyd edib ki, Rusiyaya gedən xarici ölkə vətəndaşları daha çox ticarətlə məşğul olub, böyük bazarlarda çalışıblar:

“Həmin insanlar orada qazandıqları pullarla ailələrinə dəstək verə bilirlər. Lakin sərt qanunlar miqrantlara böyük problemlər yaratmağa başladı. Rusiyaya iş üçün gedənlərdən 10 gündən sonra qeydiyyat tələb olunur. Harada qeydiyyata düşdüyünü mütləq bildirməlidirlər. Eyni zamanda polislərə nə üçün həmin ölkəyə gəldiyinin izahı da verilməlidir. Rusiya öz təhlükəsizliyini hər şeydən və hər kəsdən üstün tutur. Bunu rus rəsmiləri hər zaman bildirir. Ölkənin beynəlxalq və daxili təhlükəsizliyi Rusiya iqtisadiyyatından daha üstündür”.

Ramiyə Məmmədova Rusiyada uzun müddət qalan miqrantlar üzərində nəzarətin gücləndirildiyini deyir:

“Orada yaşayan hər bir insanın rəsmi qeydiyyatı olmalıdır. Bu məsələlərdə Rusiyanı qınamaq olmaz. Davam edən müharibə fonunda Ukrayna bir neçə dəfə təxribat törətməyə qadir olub. Bu yaxınlarda rus general İqor Kirillov da təxribat nəticəsində həyatını itirdi. Bu və “Krokus holl” terrorunu törədən şəxslərin Ukrayna tərəfindən maliyyələşdirildiyi bildirildi. Ona görə də Rusiyanın belə məsələlərə ciddi yanaşması ölkə təhlükəsizliyi üçün çox vacibdir. Sözügedən qadağalar Rusiyaya yeni getmiş azərbaycanlılar üçün müəyyən problemlər yarada bilər”.

Politoloq vurğulayır ki, son hadisələr Rusiyanın qərarları belə sərtləşdirməsinə səbəb olub:

“Məlum təyyarə qəzasının Rusiyanın səhvi ucbatından baş verməsindən sonra belə kəskin qərarlar qüvvəyə mindi. Bu, təsadüfi deyil”.

Hüquqşünas Ramil Süleymanov deyib ki, zaman-zaman Rusiyada miqrantların hüquqlarını pozacaq qanunvericilik aktları qəbul olunur:

“Dövlətlərin bu kimi məsələlərdə qınayıcı fikirlər bildirməsi isə artıq həmin ölkənin daxili işinə qarışmaq kimi dəyərləndirilir. Rusiya Avropa məhkəməsinin yurisdiksiyasından çıxarılmış ölkədir. Əvvəllər Rusiya dövlətinin bu şəkildə davranışları daxili məhkəmə instansiyalarını keçməklə, yaxud birbaşa müraciət etməklə Avropa məhkəməsi qarşısında mübahisələndirilirdi. Avropa məhkəməsinin Rusiyaya qarşı Avropa İnsan Haqları Konvensiyasının 3-cü maddə işgəncələrin qadağan olunması, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnun pozulması, 8-ci maddə şəxsi həyatın toxunulmazlığı, 14-cü maddə ayrı-seçkiliyin qadağan olunması barədə və s. Rusiyanın Konvensiya üzrə üzərinə götürdüyü öhdəliklərin pozulması hesab olunurdu. Nəticədə müxtəlif qərarlarla kompensasiyaların ödənilməsi öhdəliyi Rusiyanın üzərinə qoyulurdu”.

Ramil Süleymanovun sözlərinə görə, hazırda Rusiyanın bu hərəkətlərindən şikayət oluna biləcək beynəlxalq hüquq, müdafiə mexanizmi yoxdur:

“Rusiyada yaşayan azərbaycanlılar, oradakı vəkillərlə fərdi qaydada müqavilə bağlamaqla pozulmuş hüquqlarının müdafiəsi barədə müraciət edə bilərlər. Kreml yaxşı anlayır ki, ölkə iqtisadiyyatını ayaqda saxlayan miqrantlardır. Çünki Rusiya müharibə vəziyyətində olan ölkədir və onun insan resursları iqtisadiyyatın dövr etməsi, qara işlərin görülməsi üçün yetərsiz kontingentə sahibdir. Rusiya bu qərarları qəbul etməklə sanki miqrantlara çəki-düzən verməyə çalışır”.


R.Süleymanov Rusiyada yaşayan azərbaycanlıların taleyinin necə olacağını isə belə izah edib:

“Azərbaycanlılar digər millətlərdən fərqli olaraq özünü daha çox ticari sahədə göstərir. Həmyerlilərimizin bir hissəsi orada Rusiya vətəndaşlığını qəbul ediblər. Həmin qanunlara əməl etmək məcburiyyətindədirlər. Xarici ölkə vətəndaşı olan, Rusiyada əməkçi miqrant hesab edilən şəxslərin bir çoxu ticarətlə məşğuldurlar. Hökumətin qoyduğu qaydalara uyğun olaraq vergi ödəyicisidirlər.

Dilin bilinməsi ilə bağlı tələb isə Azərbaycanda da tətbiq olunur. Hər bir dövlət öz millətinə qarşı ekvivalent davranış sərgiləyir. Dil biliyinin tələb edilməsi normaldır. Lakin istənilən halda uşaqların təhsil hüququndan yayındırılması birbaşa təhsil hüququnun pozuntusudur. Bu səbəblər əsas gətirilərək azərbaycanlıların deportasiya olunması isə Azərbaycanın Rusiyadakı səfirliyinin hərəkətə keçməli olduğu məsələdir”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Yanvar 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri