Icma.az
close
up
RU
Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən xəbərdarlıq

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən xəbərdarlıq

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Havanın soyuması ilə insanların qida seçimlərində də dəyişiklik müşahidə olunur. Xəngəl, qutab, düşbərə kimi xəmir və ətli yeməklərə tələbat artır, masalar daha kalorili və ağır qidalarla zənginləşir.

Bəs, bu qidaların insan orqanizmi üçün hansı təhlükələri var?

Mövzu ilə bağlı terapevt Günay Lətifova Milli.Az-a açıqlamasında bildirib ki, soyuq havalarda insanlar daha çox xəmir, yağlı və ətli yeməklərə üstünlük verirlər. 

G.Lətifovanın sözlərinə görə, qış aylarında yayla müqayisədə fiziki aktivlik azalır, yürüyüş və hərəkət imkanları məhdudlaşır. Qeyd edib ki, bu səbəbdən orqanizmi yükləyən ağır qidalar əksinə, sağlamlığa mənfi təsir göstərir.

Terapevt nəzərə çatdırıb ki, soyuq mövsümdə qida rasionunun mümkün qədər yüngülləşdirilməsi daha məqsədəuyğundur:

"Bədən hərəkətsiz qaldıqda maddələr mübadiləsi ləngiyir, yağların yığılması sürətlənir. Bu da kökəlməyə meyilliyi artırır, bağırsaq sistemində zəifləmə yaradır və digər təhlükəli problemlərə səbəb olur".

Bu aylarda bol maye qəbuluna, tərəvəz və yüngül yeməklərə üstünlük verilməli olduğunu vurğulayan mütəxəssis əlavə edib ki, yatmazdan ən azı 3-4 saat əvvəl qida qəbulunun dayandırılması vacibdir:

"Mədə gecə boyu işləmək məcburiyyətində qalmamalıdır. İnsan yatırsa, mədə də istirahət etməlidir ki, növbəti gün orqanizmi yormasın".
Günay Lətifovanın fikrincə, sağlam həyat tərzinin qorunması üçün qışda daha çox diqqət tələb olunur: 

"Çünki qışda insanlar daha passiv olur, aktiv enerji sərf etmirlər. Bu səbəbdən rasionu yüngülləşdirmək həm bədən, həm də psixoloji rahatlıq üçün vacibdir".

Qida eksperti Fərid Səfərov Milli.Az-a açıqlamasında bildirib ki, soyuq havalarda ağır yeməklərə maraq artsa da, bu yeməklərin gigiyenik və qida tərkibi baxımından müəyyən riskləri nəzərə alınmalıdır.

Ekspert ilk növbədə xəngəldə istifadə olunan ətin keyfiyyətinə diqqət çəkib. Söyləyib ki, ətin mənşəyi və saxlanma şəraiti mütləq məlum olmalıdır:

"Əgər ət düzgün şəraitdə saxlanmayıbsa, xüsusilə soyuducu zəncir pozulubsa, bu, Salmonella, E. coli və Listeria kimi mikrobioloji risklərə səbəb ola bilər".
Fərid Səfərovun sözlərinə görə, xəngəl çoxlu əl təması tələb etdiyindən gigiyenik şərait olduqca önəmlidir:  

"Xəmirin yoğrulması, kəsilməsi və qatlanması zamanı təmizlik qaydalarına əməl edilməlidir. Kütləvi şəkildə hazırlanıb, isti buxarda uzun müddət saxlanılan xəngəl bakteriyalar üçün ideal şərait yarada bilər. Buna görə də "təzə bişmiş" prinsipinə riayət edən məkanlara üstünlük verilməlidir".

Ekspert əlavə edib ki, xəngəl tərkibinə görə ağır yemək sayılır və həzm sistemi ilə bağlı problemləri olanlar üçün diqqətli istifadəsi vacibdir:  

"Karbohidrat, yağlı ət və bulyon qarışığı həzmi çətinləşdirə bilər. Xüsusilə qəbizlik, mədə yanması, öd problemi və ya qaraciyər yağlanması olan şəxslər axşam saatlarında bu yeməkdən çəkinməlidir".

Onun fikrincə, bəzi vərdişlər də bu yeməyi daha da təhlükəli edə bilər:  

"Xəngələ əlavə edilən yağ, qaymaq, qatıq kimi əlavələr kalori yükünü artırır. Üstəlik, yanında təqdim edilən turşu, ayran və qazlı içkilər mədə turşusunu yüksəldərək narahatlığa səbəb ola bilər".

Mina Mikayılova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Noyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see245

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see236

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see233

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see230

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see224

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see220

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see211

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see190

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see180

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see164

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see155

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see147

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see143

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see138

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see137

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see134

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see130

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see129

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see128

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri