Icma.az
close
up
RU
Azərbaycanlıların tac landırdığı qanuni oğru HAKİM QARŞISINDA

Azərbaycanlıların tac landırdığı qanuni oğru HAKİM QARŞISINDA

Lent az saytına istinadən Icma.az xəbər verir.

Nijni Novqorodda cinayət iyerarxiyasında yüksək mövqe tutmaqda ittiham olunan Zviad Tbilisski kimi tanınan “qanuni oğru” Zviad Ozmanyanın məhkəməsi başlayıb. İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs “qanuni oğru” statusundan istifadə edərək cəzaçəkmə müəssisələrinə nəzarət edib, digər oğruların taclandırılmasında (koronasiya) iştirak edib, “avtoritetlər” təyin edib və quldurluq cinayətinə görə uzunmüddətli cəzasını çəkdiyi həbsxanada “obşak”ın (ümumi kriminal büdcənin) maliyyə vəsaitlərini artırmağa çalışıb.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, Zviad Ozmanyan özünü təqsirli bilməyib və şərh verməkdən imtina edib.

Vəkili isə iddia edir ki, o, cəzasını ciddi nəzarət altında, təkadamlıq kameralarda və cərimə izolyatorlarında çəkdiyi üçün digər məhkumları nəzarətdə saxlamaq imkanına malik olmayıb. 

Zviad Ozmanyana bu statusla bağlı ittiham azadlığa çıxmasına cəmi bir neçə gün qalmış, 2024-cü il iyulun 24-də irəli sürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 210.1-ci maddəsi üzrə — cinayət iyerarxiyasında ali mövqe tutmaqda ittiham elan olunub.

Elan olunmuş ittiham aktına əsasən, 2014–2024-cü illər ərzində təqsirləndirilən şəxs “qanuni oğru” statusundan istifadə edərək məhkumlara nəzarət edib, cinayətkar büdcəyə — “obşak”a — vəsait toplayıb, günahkar sayılan şəxsləri cəzalandırıb, cinayət gəlirlərini bölüşdürüb, həmçinin “qanuni oğrular” tərəfindən səlahiyyətləndirilmiş şəxslər — “smotryaşiy” və “polojenets”ləri (nəzarətçilər) təyin edib.

Zviad Tbilisski ləqəbli Zviad Ozmanyan 2013-cü il fevralın 11-də Moskvada “qanuni oğru”lar Temuri Mirzoev, Gizo Kardava, Salmanul-Parusey Abdurzakov, Revaz Kaxmazov, azərbaycanlı Vaqif Süleymanov, Baxış Əliyev və digər kriminal “avtoritetlər” tərəfindən “taclandırılıb”. Onun cinayətkar qabiliyyətləri hələ 2008–2013-cü illərdə Aslan Usoyanın (Ded Xasan) rəhbərlik etdiyi Tbilisi cinayət klanının nümayəndələrinin diqqətini cəlb etmişdi.

2013-cü ildən etibarən Zviad Ozmanyan Türkiyə və Rusiyada keçirilən “sxodka”larda 15 “qanuni oğru”nun taclandırılmasında iştirak edib.

Jurnalistlərin “Siz “qanuni oğru”sunuzmu?” sualına isə o, belə cavab verib: “Mən pravoslav xristianam.”

Məhkəmə araşdırması avqust ayında təqsirləndirilən şəxsin dindirilməsi ilə davam edəcək. Ardınca məhkəmə cinayət işinin materiallarını araşdıracaq və həbsxana rəhbəri də daxil olmaqla şahidləri dindirəcək.

Xatırladaq ki, bir neçə il əvvəl mərhum azərbaycanlı “qanuni oğru” Lotu “Quli”nin dostları Zviad Tbisskini “oğru” adından məhrum ediblər. Buna səbəb onun “ümumi fond” üçün yığılan pulları oğurlaması olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 İyul 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see247

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see244

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see238

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see219

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see210

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see188

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see179

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see179

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see159

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri