Icma.az
close
up
RU
Azərbaycanlıların tarixi torpaqlarına dinc və ləyaqətli qayıdışı...

Azərbaycanlıların tarixi torpaqlarına dinc və ləyaqətli qayıdışı...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

“Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmə keçirilib

Martın 10-da Milli Məclisdə İctimai birliklər və dini qurumlar komitəsinin  təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmə keçirilib. Tədbirdə Milli Məclisin deputatları, Prezident Administrasiyasının, parlament Aparatının nümayəndələri, Qərbi Azərbaycan İcmasının üzvləri, aidiyyəti dövlət qurumlarının, Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin  sədri Fazil Mustafa ictimai dinləmənin mövzusunun aktuallığından söz açaraq bu ilin fevralında Bakıda keçirilən Asiya Parlament Assambleyasının yekununda qəbul olunan Bakı Bəyannaməsində Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurdlarına ləyaqətli qayıdışının həyata keçirilməsi ilə bağlı müddəaların öz əksini tapmasının əhəmiyyətindən danışıb. Vurğulanıb ki, Ermənistandan qovulmuş azərbaycanlıların tarixi torpaqlarına dinc və ləyaqətli qayıdışı konsepsiyasının beynəlxalq platformalarda tanınması bu soydaşlarımızın hüquqlarının bərpası və ata-baba yurdlarına qayıtmalarının təmin olunması səylərinə böyük impuls verir.

Fazil Mustafa bu işin davam etdirilməsi üçün vətəndaş cəmiyyəti institutlarının prosesə daha fəal cəlb olunması, o cümlədən parlamentlərarası platformalarda daha fəal olmaq üçün QHT-lərlə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Sonra Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri  Əziz Ələkbərov çıxış edib. O deyib ki, ötən dövrdə parlamentdə Qərbi Azərbaycana qayıdışla bağlı müxtəlif komitələr tərəfindən beş,  Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu tərəfindən bir ictimai dinləmə keçirilib.

Ə.Ələkbərov  Qərbi Azərbaycana dinc yolla və ləyaqətli şəkildə qayıdış işində QHT-lərin üzərinə düşən vəzifələr, xalq diplomatiyasında onların iştirakı, təcrübəli QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsi  kimi məsələlər barədə fikirlərini bildirib.

Sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Agentliyin Qərbi Azərbaycan mövzusunda həyata keçirilən fəaliyyəti haqqında slaydlarla müşayiət olunan təqdimatı diqqətə çatdırıb. Aygün Əliyeva QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qərbi Azərbaycana qayıdış konsepsiyası üzrə strategiyası, bu istiqamətdə həyata keçirilən qrant layihələri, onların məzmunu, yekunları və nəticələri barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, BMT-nin İnsan Hüquqları Şurasının növbəti sessiyasında Qərbi Azərbaycanla bağlı yan tədbir təşkil ediləcək. Həmin tədbir Azərbaycanın haqlı mövqeyinin beynəlxalq səviyyədə daha geniş şəkildə müzakirə olunmasına və Qərbi Azərbaycanla bağlı aktual məsələlərin diqqətə çatdırılmasına xidmət edəcək.

Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini Sahib Alıyev, Elm və təhsil komitəsi sədrinin müavini Fariz İsmayılzadə, Əmək və sosial siyasət komitəsi sədrinin müavini Elşad Musayev, deputatlar Məlahət İbrahimqızı,  Tənzilə Rüstəmxanlı,  Ceyhun Məmmədov, Rizvan Nəbiyev, Azər Allahverənov, Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni, “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova, “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, “Azərbaycan Milli Kulinariya Assosiasiyası” İctimai Birliyinin sədri Tahir Əmiraslanov, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə  Rizazadə çıxış ediblər, fikir və təkliflərini səsləndiriblər.

Çıxış edənlər Qərbi Azərbaycana qayıdışla bağlı Milli Məclisdə keçirilən dinləmələrin əhəmiyyətini qeyd ediblər, bu müzakirələrin azərbaycanlıların Ermənistandan deportasiya edilməsi ilə bağlı  həqiqətlərin beynəlxalq müstəviyə çıxarılması, soydaşlarımızın öz ata-baba yurdlarına qayıdış hüququnun beynəlxalq miqyasda tanınması, tarixi ədalətin bərpası baxımından əhəmiyyətini  vurğulayıblar.

İctimai dinləmədə Qərbi Azərbaycandakı yurd-yuvalarından qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun təmin olunması, bu məsələnin beynəlxalq müstəvidə daha geniş şəkildə işıqlandırılmasında QHT-lərin, xalq diplomatiyasının rolu, Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdışın digər aspektləri mövzusunda fikir mübadiləsi aparılıb.

Komitə sədri Fazil Mustafa müzakirələrin yekununda bu ictimai dinləmədə səmərəli fikir mübadiləsinin keçirildiyini söyləyərək, öz tarixi torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin edilməsinin aktuallığından, tədbirdə səslənən fikirlərin ictimai əhəmiyyətindən bəhs edib. O, Qərbi Azərbaycana dinc və ləyaqətli qayıdışın yaxın zamanlarda gerçəkləşdiriləcəyinə inamını ifadə edib.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Mart 2025 07:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri