Icma.az
close
up
RU
Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın təcavüzü nəticəsində yurdlarından didərgin edilmiş azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı məsələsi Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.

AZƏRTAC Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, dərc edilmiş məlumatlarda 700 mindən artıq azərbaycanlının vaxtilə işğal edilmiş Azərbaycanın Qarabağ və yeddi ətraf rayonundan və 300 mindən çox soydaşımızın Ermənistandan qovulduğu, onlara məxsus ev və mülklərin tamamilə talan edilərək məhv edildiyi, bu qaçqın və məcburi köçkünlərin uzun illər sərt iqlim şəraitində çadır şəhərciklərində və vaqonlarda yaşamalı olduğu diqqətə çatdırılır, onların müharibə başa çatdıqdan sonra öz Vətənlərinə geri qayıtmaq həsrətində olduqları, lakin işğalçılar tərəfindən bütün yaşayış infrastrukturların dağıdılması və ərazilərin kütləvi şəkildə minalanması bu prosesi ciddi ləngitdiyi vurğulanır.

Minatəmizləmə ilə bağlı beynəlxalq dəstəyin aşağı səviyyədə olduğu və 30 ilə yaxın işğal altında saxlanılan müddətdə bu ərazilərdə basdırılan 1,5 milyon minaların son 4 ildə cəmi 56 mininin zərərsizləşdirildiyi barədə məlumat verilir.

Məlumatlarda, həmçinin Ermənistandan qaçqın düşən etnik azərbaycanlıların öz yurdlarına qayıtmasına beynəlxalq diqqətin tələb olunduğu, belə ki müharibə başa çatdıqdan sonra Ermənistandan olan azərbaycanlı qaçqınları təmsil edən - Qərbi Azərbaycan İcmasının Ermənistan hökumətinə müraciət edərək onların Ermənistandakı öz doğma evlərinə qayıtmasına şərait yaratmağı xahiş etdiyi, lakin Ermənistan hökumətinin onların müraciətinə hələ də cavab vermədiyi və bunun əksinə olaraq, Azərbaycan dövlətinin Azərbaycan vətəndaşlığını qəbul etdikləri təqdirdə Qarabağı könüllü tərk etmiş etnik ermənilərin geri qayıdışını təmin etməyə hazır olduğu diqqətə çatdırılır.

Azərbaycanlı qaçqınların öz doğma yurdlarına repatriasiyasının həyata keçirilməsinin regionda sülh və sabitlik, eləcə də xoşməramlı əməkdaşlıq və birgəyaşayış üçün mühüm amil olduğu yayılmış məlumatlarda xüsusi vurğulanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri