Icma.az
close
up
RU
“Azərbaycanlıların Türkiyədə daşınmaz əmlaka marağı artır” Ekspert

“Azərbaycanlıların Türkiyədə daşınmaz əmlaka marağı artır” Ekspert

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədə 501 mənzil alıb.

Bəs Türkiyədə mənzil qiymətləri necədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirdi ki, statistik məlumatlara görə, hər il Azərbaycan vətəndaşları Türkiyə, Rusiya, bir çox Avropa ölkələri və digər xarici ölkələrdən daşınmaz əmlak alırlar:

"Vətəndaşların turist və iş məqsədilə ən çox gedib-gəldiyi ölkələrdən biri də Türkiyə olduğundan, Azərbaycan vətəndaşları Türkiyədən daşınmaz əmlak alarkən bu barədə məlumatlar səfirlik vasitəsilə Azərbaycan hökumətinin rəsmi qurumlarına ötürülür. Türkiyənin daşınmaz əmlak sektoruna nəzər saldıqda görünür ki, bu ölkədən əmlak alanların, xüsusən də Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti turistik bölgələrdən əmlak alırlar. Bu bölgələrdə əmlak satış qiymətlərinin daim artdığı müşahidə olunur və kirayə qiymətləri də alış qiymətinə nisbətən daha əlverişlidir. Bu səbəbdən Türkiyənin daşınmaz əmlak sektoruna yatırım edən vətəndaşların sayının artması, əsasən, alıcıların böyük qisminin investisiya məqsədilə, yəni alıb daha sonra baha qiymətə satmaq niyyəti ilə hərəkət etməsi ilə bağlıdır".

Müsahibimiz əlavə etdi ki, Türkiyədə uzun illər yaşayan çoxsaylı soydaşlarımız var ki, onlar Türkiyə vətəndaşı olmadıqlarına görə aldıqları daşınmaz əmlaklarla bağlı məlumatlar birbaşa səfirlik vasitəsilə Azərbaycanın aidiyyəti qurumlarına göndərilir. Alınan əmlakların böyük hissəsi Türkiyənin mərkəzi şəhərlərində yerləşir ki, həmin ərazilərdə qiymətlər kifayət qədər yüksəkdir.

"Təbii ki, daşınmaz əmlak sektoruna yatırım edən şəxslərin öz ölkəmizin bazarına yönəlməsi iqtisadi baxımdan daha sərfəli olardı. Lakin vətəndaşların azad seçimi nəticəsində onlar daha çox gəlir gətirən və təhlükəsiz hesab edilən zonaları – bu sırada Türkiyəni – üstün tuturlar. Türkiyə ərazi baxımından daha böyükdür, şəhərlərinin sayı çoxdur və daşınmaz əmlak qiymətləri bölgələr üzrə fərqlənir. İstanbul və Ankara kimi iri şəhərlərin mərkəz ərazilərində satış qiymətləri Bakı şəhərindən dəfələrlə bahadır. Lakin nisbətən kənar ərazilərdə qiymətlər vətəndaşların büdcəsinə uyğun olduğundan seçim imkanı daha genişdir. Azərbaycan vətəndaşlarının ən çox əmlak aldığı bölgələr isə Alanya, Antalya, İzmir və digər turistik şəhərlərdir ki, burada qiymətlər İstanbul və Ankara ilə müqayisədə daha ucuzdur",- deyə E.Fərzəliyev fikirlərini yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Avqust 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri