Icma.az
close
up
RU
Azərbyacan Pakistan münasibətləri: yeni reallıq və çağırışlar

Azərbyacan Pakistan münasibətləri: yeni reallıq və çağırışlar

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan-Pakistan arasında qurulan körpülər, ictimai-siyasi, tarixi, ədəbi və dövlətçilik əlaqələrinin keçmişi uzaq zamanları əhatə edir. Bu ilişgilər xalqların özündən, varlığından qaynaqlanır – onun ortaq tarixindən, dilindən, bədii düşüncəsindən, etnogenezisindən, düşüncə mədəniyyətindən nəşət tapır. Tarixən hər iki xalqın kökü, etnik düşüncəsi, qardaşlıq hissi onların bir qardaş qədər qohumluğunu, yaxınlığını şərtləndirir. Xalqları bir-birinə bağlayan, onları yaxınlaşdıran yalnız din, dil deyil, həm də siyasi, bədii düşüncədir. Minilliklərdən gələn islami düşüncə və təsəvvüf görüşləri bu gün hər iki xalqın çağdaş milli düşüncə arealını bütövləşdirən amildir.

Pakistan-Azərbaycan arasında dayanan siyasi birlik - bərabərliyin əsasında həm də tarixi, ədəbi-mədəni birlik durur. Bu birliyi həm ümumtürk, həm də müsəlman kontekstində axtarmaq daha doğru olardı. Bu iki faktor uzun müddət pakistanlılarla türklərin ortaq mədəniyyətini formalaşdırmışdır. Eramızdan əvvəl və sonra Mərkəzi Asiya regionunda bir-birini əvəzləyən möhtəşəm türk dövlətləri kontekstində islam düşüncəsi hakim olmağa başlayır. Onu da demək lazımdır ki, indiki Pakistanın islamlaşmasında ən böyük pay sahibi Qəznəlilər və digər türk sülalələri olmuşdur. Zaman keçdikcə bu birgəliyə yeni dəyərlər əlavə olundu. Dövlətlərin yaranması və qarşılıqlı əlaqələri birliyi ən yüksək səviyyəyə qaldırdı. Məlumdur ki, din, etnik düşüncə və dövlətlərin birliyi bütövlükdə xalqların vəhdətini yaradır. Sovet dövründə Azərbaycan-Pakistan ədəbi əlaqələri özünün ən zəif dövrünü yaşayıb. Müstəqillik dövründə isə bu əlaqələr yüksələn xəttlə, daha dinamik, daha intensiv şəkildə davam edib.
1991-ci ildə Pakistan müstəqilliyimizi tanıyan ilk ölkələrdən olub. Üstəlik, Ermənistan torpaqlarımızı işğal etdiyi üçün Pakistan bu ölkəni dövlət kimi tanımayıb, daim Azərbaycanın yanında dayandığını sərgiləyib. Ən ağır zamanda, sınaq məqamında 44 günlük Vətən müharibəsi dövründə də Pakistan bir qardaş ölkə kimi siyasi və mənəvi dəstəyini əsirgəməyib, qələbəmizə inamlı töhfə verib. Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana, bu il isə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfərləri iki ölkə arasında münasibətlərin inkişafına müsbət impuls verdi, bu münasibətin inkişafı və intibahı üçün daha perspektiv üfüqlər açdı, iqtisadi əməkdaşlığın yeni səhifələri imzalandı. Pakistanın Baş nazirinin ölkəmizə növbəti səfəri çərçivəsində olduqca mühüm sənədlər mübadilə edildi ki, bu sənədlər hər iki dost ölkənin arasındakı strateji əməkdaşlığı daha yüksəklərə daşıyacaqdır. Dövlətimizin başçısı İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, görüşlər çərçivəsində ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması istiqamətində müvafiq göstərişlər verilib. Əldə olunan razılaşmaların uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar açacağı şübhəsizdir. Həmçinin Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən Azərbaycan-Pakistan biznes forumu ölkələrimizin biznes dairələri arasında əməkdaşlığının genişləndirilməsi baxımından mühüm önəm daşıyır, - deyə bilərik.
Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Bu mühit, müasir infrastruktur Pakistandan olan şirkətlər üçün də maraqlı və diqqətçəkicidir. Əlbəttə, Pakistan özü də bu sahədə böyük təcrübəyə malikdir. Bu mənada, müdafiə sənaye sahəsində birgə istehsal müəssisələrinin yaradılması gələcək üçün böyük potensial, uğurlu perspektiv vəd edir.
Hökumətlərarası komissiyalarda və biznes forumlarda qarşılıqlı investisiya imkanlarının müzakirə olunması ticari-iqtisadi münasibətlərin gücləndirilməsi baxımından gərəkli addımı ifadə eləyir. Önəmli məqam odur ki, səfər çərçivəsində mübadilə edilən sənədlər müxtəlif sahələri əhatə edir. Siyasi, iqtisadi, hərbi-müdafiə, humanitar və mədəni, energetika, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, təhsil və digər sahələrdə imzalanan sənədlər sözsüz ki, bu sahələr arasındakı əlaqələrin inkişafına yeni impuls verəcək, həmçinin ölkələrimiz arasında münasibətlərin dinamik inkişafını təmin edəcəkdir.
Azərbaycan-Pakistan münasibətləri yeni reallıq və çağırışlar müstəvisində ortaq keçmişdən ortaq gələcəyə doğru addımlayır. Daha inamlı, daha tədbirli və daha güclü şəkildə!

Elnarə Akimova
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri