Icma.az
close
up
RU
“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir

“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Bizneslərə daha effektiv və müasir müştəri xidmətləri göstərilməsi məqsədilə lider mobil operator “Müştəri Təcrübəsinin İdarə Edilməsi Platforması”nı istifadəyə verir.

"APA-Economics" xəbər verir ki, yeni platforma müxtəlif rəqəmsal kanallar (“WhatsApp”, “Instagram”, “Facebook”, SMS, veb çat və s.) vasitəsilə daxil olan müştəri sorğularını vahid mərkəzdən idarə etməyə və operativ şəkildə cavablandırmağa imkan yaradır.

Bu, bizneslə müştərilər arasında ünsiyyətin səmərəli, operativ və keyfiyyətli şəkildə aparılmasını təmin edir. Platforma eyni zamanda əvvəlki yazışmaları yadda saxlamaq, real vaxtda fərdi təkliflər hazırlamaq və rəqəmsal kampaniyaları avtomatlaşdırmaq kimi üstünlüklər təqdim edir.

Platformanın süni intellekt əsasında işləyən çatbotları tez-tez verilən suallara avtomatik cavab vermək, müştəri xidmətləri komandasının iş yükünü azaltmaq və 24/7 fasiləsiz dəstək göstərmək imkanına malikdir.

Platformanın avtomatlaşdırma alətləri bizneslərə kampaniyaların effektivliyini izləmək, müştərilərinə vaxtında və hədəfə uyğun təkliflər təqdim etmək və yeni effektiv strategiyalar hazırlamaq imkanı verir.
Yeni platforma “Salesforce”, “HubSpot” və s. kimi tanınmış CRM sistemləri ilə rahat inteqrasiya edilir. Sorğu və iş axınının effektiv idarə edilməsi, sürətli cavablama üçün hazır şablonların istifadəsi həllin daha bir üstünlüyüdür.

“Azercell Biznes”in təqdim etdiyi “Müştəri Təcrübəsinin İdarə Edilməsi Platforması” bizneslərə rəqəmsal xidmət səviyyəsini yüksəltmək və müştəri məmnuniyyətini artırmaq üçün yeni imkanlar açır.

Ətraflı məlumat üçün: Müştəri əlaqələrini bütün kanallarda gücləndirin! | Məşhur tətbiqlər sərfəli abunəlik şərtlərilə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 İyul 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri