Azercell dən dəyişiklik: Aylıq 2 AZN müqabilində 25 şəbəkədaxili dəqiqə və 250 MB internet
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
25 fevral 2025-ci il tarixindən etibarən Fakturasız (SimSim) xətt sisteminə aid “Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tarif paketlərinin istifadə şərtlərində dəyişikliklər ediləcək.
"Azercell"dən "Unikal"a bildirilib ki, yenilənmiş şərtlərə əsasən, bu tarif paketləri üçün aylıq abunə haqqı 2 AZN (ƏDV daxil) təşkil edəcək və abunəçilərə 25 şəbəkədaxili danışıq dəqiqəsi və 250 MB həcmində internet təqdim olunacaq.
Mövcud tariflərə nəzər saldıqda görünür ki, bu tarif paketlərində danışıq dəqiqələrinin qiyməti 0.08-0.10 AZN arasında dəyişir. Beləliklə, 25 şəbəkədaxili dəqiqə abunəçilərə ən azı 2 manata başa gəlir. Yenilənmiş şərtlərə əsasən, abunəçilər eyni məbləğ qarşılığında həm danışıq dəqiqələrindən, həm də internetdən istifadə edə biləcəklər.
Baxış sayı:170
Bu xəbər 25 Yanvar 2025 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















