Icma.az
close
up
RU
Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verdi FOTOLAR

Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verdi FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

21 iyul tarixində "Azercell"in təşkil etdiyi “DataMinds Bootcamp” proqramının açılış mərasimi baş tutub.

"Unikal" xəbər verir ki, “Amazon Web Services”in (AWS) texnoloji dəstəyi ilə həyata keçirilən layihə gənclərin data və süni intellekt sahəsində potensialını artırmaq, həmçinin ölkədə data sənayesinin inkişafına töhfə vermək məqsədi daşıyır.  

Tədbirdə çıxış edən "Azercell"in İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynova şirkətin gənclərin inkişafına verdiyi əhəmiyyəti vurğulayaraq, proqram çərçivəsində tələbələr üçün nəzərdə tutulan imkanlar barədə məlumat verib.

"Azercell"in Texnologiya və İnformasiya üzrə Baş direktoru Corc Held çıxışında şirkətin transformasiya strategiyasının süni intellekt, bulud texnologiyaları, güclü tərəfdaşlıq ekosistemi və innovasiya yönümlü təşəbbüslərə əsaslandığını qeyd edib. O, “DataMinds Bootcamp” proqramınının bu sahədə istedadlı və yenilikçi gənclərin gələcəyin texnologiya liderləri kimi yetişdirilməsində mühüm rol oynayacağını bildirib.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Rəqəmsal Transformasiya departamentinin direktoru Orxan Quliyev isə öz növbəsində data və süni intellekt texnologiyalarının müasir biznes və sənaye sahələrində artan roluna toxunaraq, onların qərarvermənin sürətləndirilməsi, proseslərin optimallaşdırılması və effektivliyin artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Tədbir zamanı şirkətin innovasiya təşəbbüsləri, korporativ sosial məsuliyyət layihələri və əsas fəaliyyət istiqamətləri iştirakçılara təqdim olunub, sonra isə sual-cavab sessiyası keçirilib.

Qeyd edək ki, “DataMinds bootcamp”ına  ümumilikdə 500-ə yaxın müraciət daxil olub. Üç mərhələli seçim prosesinin nəticəsində yerli və beynəlxalq ali məktəblərdə təhsil alan 31 bakalavr və magistr tələbəsi proqramda iştirak hüququ qazanıb. Seçilmiş iştirakçılar arasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Fransız-Azərbaycan Universiteti (UFAZ), ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, New York Universiteti (NYU) və Varşava Texnologiya Universitetinin tələbələri yer alır. 

Yeddi həftəlik təlim proqramı çərçivəsində iştirakçılar interaktiv təlimlərdə iştirak edəcək, peşəkar mentorların dəstəyi ilə nəzəri biliklərini real biznes ssenariləri üzərində sınayacaq və yekunda öz layihələrini təqdim edəcəklər. Proqramı uğurla tamamlayan iştirakçılar sertifikatla təltif olunacaq və "Azercell"də işə qəbul imkanı əldə edəcəklər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 İyul 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri