Icma.az
close
up
RU
Azercell in “DataMinds Bootcamp” proqramı uğurla yekunlaşdı FOTOLAR

Azercell in “DataMinds Bootcamp” proqramı uğurla yekunlaşdı FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

"Azercell"in “Amazon Web Services”in (AWS) texnoloji dəstəyi ilə həyata keçirdiyi “DataMinds Bootcamp” proqramı uğurla başa çatıb.

"Unikal" xəbər verir ki, yeddi həftə davam edən intensiv tədris marafonu çərçivəsində 31 tələbə data və süni intellekt sahələrində praktiki bilik və bacarıqlar qazanaraq məzun olub.

Proqram məlumatların toplanması və təhlili, böyük həcmli datanın idarə edilməsi, süni intellektin tətbiqi sahələrini əhatə edib. "Azercell"in Data və Süni İntellekt üzrə ekspertlərinin təlimlərində tələbələr DataOps, MLOps və Generativ AI üzrə interaktiv məşğələlərdə iştirak edib, əldə etdikləri bilikləri real layihələrdə tətbiq ediblər. Final mərhələsində keçirilən müsahibə hazırlığı və peşəkar inkişaf bloku isə onların komanda işi, problem həll etmə və layihə idarəetmə bacarıqlarını daha da gücləndirib.

Məzunları təbrik edən Azercell-in Data Analitikası və Süni İntellekt departamentinin direktoru Sabir Mərdanov və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Rəqəmsal Transformasiya departamentinin direktoru Orxan Quliyev datanın idarəetmə və qərarvermədə artan rolunu vurğulayaraq proqramın rəqəmsal ixtisaslaşmaya və kadr potensialının güclənməsinə verdiyi töhfəni qeyd ediblər. 

Tədbirdə məzunların proqram müddətində qazandıqları nailiyyətlər qeyd olunub, onlara rəsmi sertifikatlar təqdim edilib. 

Proqramı fərqlənmə ilə tamamlayan 11 tələbə "Azercell"də işə qəbul və təcrübə imkanı qazanıb. Onların sırasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Nyu-York Universiteti, ADA Universiteti, Fransız-Azərbaycan Universiteti (UFAZ) və Bakı Ali Neft Məktəbində təhsil alan gənclər yer alır.

"Azercell" “DataMinds Bootcamp” kimi təşəbbüslərlə Azərbaycanda təhsil, innovasiya və rəqəmsal inkişaf ekosistemini dəstəkləməyə davam edir. Şirkət gənc istedadların müasir texnologiyalar üzrə bacarıqlar qazanmasına şərait yaratmaqla ölkənin rəqəmsal transformasiya prosesinə, innovasiya mühitinin gücləndirilməsinə və peşəkar kadrların yetişdirilməsinə mühüm töhfə verir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:294
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Sentyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri