Icma.az
close
up
RU
Azercell in “Təhlükəsiz internet” layihəsi rəqəmsal təhlükəsizliyi gücləndirir

Azercell in “Təhlükəsiz internet” layihəsi rəqəmsal təhlükəsizliyi gücləndirir

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lider mobil operator şagird və valideynləri virtual məkanda təhlükəsiz davranış qaydaları ilə tanış edir

Azercell uşaqların virtual məkanda təhlükəsizliyini təmin etmək və rəqəmsal savadlılığı artırmaq məqsədilə ölkə üzrə "Təhlükəsiz İnternet” mövzusunda təlimlərini davam etdirir. Bu dəfə layihə Quba, Xızı, Sumqayıt və Mingəçevir şəhərlərində keçirilib.

İnternetdə təhlükəsiz davranış qaydalarının aşılanmasına yönələn bu təşəbbüs çərçivəsində 320 şagird və 50 valideyn onlayn təhdidlər və təhlükələrlə mübarizə üsulları barədə maarifləndirilib. Təlim proqramı aşağıdakı vacib mövzuları əhatə edib:

• Virtual tanışlıqların təhlükəsizlik baxımından yoxlanılması;

• Şəxsi məlumatların sosial şəbəkələrdə qorunması;

• Şəxsi məlumat tələb edən müsabiqələrdə iştirakın riskləri;

• Onlayn fırıldaqçıların və cinayətkarların əsas hiylələri;

• Trollinq, kiberbullinq və ya qeyri-münasib onlayn davranış halları ilə mübarizə üsulları.

Təlimlər "GİD CSR Consulting” tərəfindən sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçirilib və bu da proqramın beynəlxalq standartlara uyğunluğunu təmin edib.

Qeyd edək ki, Azercell 2016-cı ildən etibarən internet təhlükəsizliyi mövzusunda maarifləndirmə layihələri təşkil edir.

Şirkətin bu təşəbbüsü uşaq və valideynlərin onlayn məkanda daha təhlükəsiz davranış vərdişləri qazanmalarına əhəmiyyətli töhfə verir. Bu illər ərzində layihə müxtəlif yaş qruplarından 1500-dən çox internet istifadəçisini əhatə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Yanvar 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see232

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see221

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see166

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see158

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see145

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see144

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see126

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri