“Azercell”in “Təhlükəsiz internet” layihəsi rəqəmsal təhlükəsizliyi gücləndirir
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Lider mobil operator şagird və valideynləri virtual məkanda təhlükəsiz davranış qaydaları ilə tanış edir.
“Azercell” uşaqların virtual məkanda təhlükəsizliyini təmin etmək və rəqəmsal savadlılığı artırmaq məqsədilə ölkə üzrə “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir. Bu dəfə layihə Quba, Xızı, Sumqayıt və Mingəçevir şəhərlərində keçirilib.
İnternetdə təhlükəsiz davranış qaydalarının aşılanmasına yönələn bu təşəbbüs çərçivəsində 320 şagird və 50 valideyn onlayn təhdidlər və təhlükələrlə mübarizə üsulları barədə maarifləndirilib. Təlim proqramı aşağıdakı vacib mövzuları əhatə edib:
∙ Virtual tanışlıqların təhlükəsizlik baxımından yoxlanılması;
∙ Şəxsi məlumatların sosial şəbəkələrdə qorunması;
∙ Şəxsi məlumat tələb edən müsabiqələrdə iştirakın riskləri;
∙ Onlayn fırıldaqçıların və cinayətkarların əsas hiylələri;
∙ Trollinq, kiberbullinq və ya qeyri-münasib onlayn davranış halları ilə mübarizə üsulları.
Təlimlər “GİD CSR Consulting” tərəfindən sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçirilib və bu da proqramın beynəlxalq standartlara uyğunluğunu təmin edib.
Qeyd edək ki, “Azercell” 2016-cı ildən etibarən internet təhlükəsizliyi mövzusunda maarifləndirmə layihələri təşkil edir. Şirkətin bu təşəbbüsü uşaq və valideynlərin onlayn məkanda daha təhlükəsiz davranış vərdişləri qazanmalarına əhəmiyyətli töhfə verir. Bu illər ərzində layihə müxtəlif yaş qruplarından 1500-dən çox internet istifadəçisini əhatə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 24 Yanvar 2025 02:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















