Icma.az
close
up
RU
“Azercell” internet paketlərini bahalaşdırır, bəzi tarifləri ləğv edir

“Azercell” internet paketlərini bahalaşdırır, bəzi tarifləri ləğv edir

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azercell Telekom” bəzi internet paketlərinin qiymətini artırır, bəzilərinin istifadə müddətini azaldır.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı “Azercell Telekom” qərar qəbul edib.

Dəyişikliyə əsasən, 6, 12 və 30 GB aylıq internet paketlərinin qiyməti olduğu kimi saxlanılsa da, istifadə müddəti azaldılaraq 30 gündən 28 günə endirilir.

1 və 3 saatlıq limitsiz internet paketlərinin qiyməti müvafiq olaraq, 0,59 manatdan 0,99 manata və 1,49 manatdan 1,99 manata artırılır.

Eyni zamanda 39 manata təklif olunan 55 GB həcmində aylıq internet paketinin həcmi (qiyməti olduğu kimi saxlanılmaqla) artırılaraq 56 GB-a çatdırılır. Digər dəyişikliklə bu paketin də istifadə müddəti 30 gündən 28 günə endirilir.

Həmçinin indiyədək 0,8 manata təklif edilən günlük 250 MB-lıq və 1,5 manata təklif edilən günlük 1000 MB-lıq internet paketləri ləğv edilir. Onların əvəzində 0,99 manata təklif olunan günlük 350 MB-lıq hə 1,99 manata təklif olunan günlük 1,5 GB-lıq internet paketləri yaradılır.

Qeyd olunan tarixdən “1.5 GB aylıq” , “6 saatlıq” və “Həftəsonu” internet paketlərinə yeni qoşulmalar dayandırılır. Həmçinin aylıq internet paketlərində “Pulsuz WhatsApp” kampaniyası çərçivəsində 1.5 GB, 6 GB, 12 GB, 30 GB və 55 GB paketlərində WhatsApp ilə mətnli yazışma üçün təqdim edilən 1GB həcmində əlavə ödənişsiz trafik ləğv edilir. Qeyd olunan tarixə kimi qoşulan abunəçilər cari abunəlik ləğv edilənə qədər müvafiq internet paketlərindən ümumi əsaslarla istifadəyə davam edə biləcəklər. Göstərilən tarixədək aktiv edilən aylıq internet paketlərində istifadə müddəti ilə bağlı dəyişikliklər paketlərin növbəti yenilənməsindən tətbiq ediləcək.

Xatırladaq ki, yuxarıda qeyd olunan dəyişikliklər iyulun 1-dən etibarən tətbiq ediləcək. Eyni zamanda bu tarixdən etibarən fakturasız (SimSim) xətt sisteminə aid “Azercellim”, “Bölgə”, “GəncSim”, “Sadə6”, “GəncOl həftəlik”, “GəncOl 6” və “GəncOl 9” tarif paketlərinə yeni qoşulmalar dayandırılacaq. Qeyd olunan tarixə kimi qoşulan abunəçilər cari abunəlik ləğv edilənə qədər müvafiq tarif paketlərindən ümumi əsaslarla istifadəyə davam edə biləcəklər.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:998
embedMənbə:https://azpost.info
archiveBu xəbər 31 May 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri