Icma.az
close
up
RU
Azercell “Biznesim” paketlərini yenilədi

Azercell “Biznesim” paketlərini yenilədi

Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.

"Bizneslər rəqəmsallaşdıqca, internet üzərindən xidmətlərə və mobil həllərə tələbat sürətlə artır. Əgər bir vaxtlar telefon əsasən ünsiyyət vasitəsi idisə, bu gün o, gündəlik iş proseslərinin idarə edilməsini təmin edən vahid bir platformaya çevrilib. Sənədlərin paylaşılması, onlayn platformalar üzərindən müştərilərlə əlaqə, bank əməliyyatları, CRM sistemlərinə giriş, video-görüşlər və hətta komanda daxilində operativ koordinasiya artıq mobil bağlantı üzərindən həyata keçirilir.

Hazırda tarif seçimi biznes əməliyyatların fasiləsizliyinə və xərclərin optimallaşdırılmasına birbaşa təsir göstərir. Məhz bu ehtiyacları nəzərə alaraq, Azercell korporativ müştərilər üçün nəzərdə tutulan “Biznesim” tarif paketlərini yeniləyib".

Marja.az xəbər verir ki, bu Azercell Telekom şirkətinin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, 25.02.2026-cı il tarixindən etibarən Azercell korporativ müştəriləri üçün “Biznesim” tarif paketlərini yeniləyib, daha geniş internet həcmi və daha sərfəli şərtlər təqdim edəcək. Əvvəlki paketlərlə müqayisədə yenilənmiş təkliflər istifadəçilərə daha çox trafik və optimal qiymət üstünlüyü təqdim edir: "Məsələn, hazırda 3 GB internet, 700 ölkədaxili danışıq dəqiqəsi və 500 SMS ilə təklif olunan “Biznesim 3GB” paketi yeni şərtlərlə “Biznesim 4GB” adlanacaq. Paket üzrə internet həcmi 1 GB artırılaraq 4 GB-a çatdırılır, danışıq dəqiqələri olduğu kimi saxlanılır. Qiymət isə cəmi 1 AZN artaraq 15 AZN təşkil edəcək ki, bu da abunəçilərə minimal fərqlə əlavə internet əldə etmək imkanı yaradır".

Qeyd edilib ki, “Biznesim 6GB” paketi də optimallaşdırılaraq “Biznesim 8GB” ilə əvəz olunur. Əsas internet həcmi 6 GB-dan 8 GB-a qaldırılır və əlavə olaraq 00:01–08:00 intervalında hər növ internet fəaliyyəti üçün 1 GB bonus trafik və daha geniş danışıq imkanı təqdim edilir. Bütün bu yeniliklər paketin aylıq ödənişinə cəmi 2 AZN əlavə ilə reallaşdırılır.

Yeni “Biznesim 12GB” paketi əvvəlki 9 GB-lıq seçimdən fərqli olaraq 3 GB əlavə əsas trafik və 2 GB gecə trafiki ilə təklif olunur. Orta intensivlikdə internet tələbatı olan istifadəçilər üçün optimaldır.

Yüksək trafiklə işləyən və fasiləsiz bağlantıya ehtiyacı olan istifadəçilər üçün təklif olunan “Biznesim 15GB” paketi “Biznesim 20GB” ilə əvəz edilir. Əsas həcm 20 GB-a çatdırılır və gecə saatları üçün əlavə 3 GB trafik təmin olunur. Bütün yeniliklər üçün aylıq ödənişdə cəmi 2 AZN fərq qorunur.

Eyni yanaşma “Biznesim 55GB” paketində də tətbiq edilir. Bu paket “Biznesim 60GB” ilə əvəzlənərək 5 GB artırılmış trafiklə təklif olunur, qiymət isə yenidən cəmi 2 AZN fərqlə tənzimlənir. Bu həcm xüsusilə mobil iş üslubu olan əməkdaşlar, uzaqdan serverə qoşulan komandalar, mobil hotspot istifadəsi və fasiləsiz video-konfranslar üçün ən uyğun variantdır.

Əlavə edilib ki, “Biznesim” paketlərində korporativ müştərilər üçün daxili kommunikasiya xərclərini minimum səviyyədə saxlamağa imkan verən limitsiz şirkətdaxili danışıq imkanı əvvəlki kimi dəyişməz olaraq qalır

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:328
embedMənbə:https://marja.az
archiveBu xəbər 24 Yanvar 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri