Icma.az
close
up
RU
Azercell milli rəqəmsal ekosistemin gücləndirilməsinə strateji töhfəsini davam etdirir

Azercell milli rəqəmsal ekosistemin gücləndirilməsinə strateji töhfəsini davam etdirir

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Şirkət 2025-ci ildə infrastruktur modernləşdirilməsi, süni intellekt əsaslı idarəetmə və kibertəhlükəsizlik istiqamətində kompleks tədbirlər həyata keçirib

Abunəçilərinə ən yüksək müştəri təcrübəsini təqdim etməyi prioritet kimi müəyyən edən “Azercell Telekom” MMC 2025-ci il ərzində şəbəkə infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi, süni intellekt əsaslı idarəetmə mexanizmlərinin tətbiqi, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və böhran davamlılığının artırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirib. Şirkətin təşəbbüsləri milli rəqəmsal ekosistemin dayanıqlılığının möhkəmləndirilməsinə mühüm töhfə verib.

Hazırda 5 milyondan çox abunəçiyə xidmət göstərən Azercell-in ölkə üzrə coğrafi əhatə dairəsi 95,6%, əhali üzrə əhatə səviyyəsi isə 98,6% təşkil edir. Artan data trafiki və sürətlə dəyişən istifadəçi davranışları şəbəkənin optimallaşdırılmasını şirkətin əsas prioritetlərdən birinə çevirib. İl ərzində 220-dən çox mövcud baza stansiyası modernləşdirilib, Bakı, Abşeron və Sumqayıt üzrə 50, regionlarda isə 218 olmaqla ümumilikdə 268 yeni baza stansiyası istifadəyə verilib. Nəticədə ölkə üzrə LTE (4G) baza stansiyalarının sayı 3860-ı ötüb.

Eyni zamanda, şirkət beynəlxalq GSM Assosiasiyası (GSMA) və süni intellekt, bulud texnologiyaları, eləcə də analitika sahəsində qlobal liderlərdən biri kimi tanınan IBM ilə strateji əməkdaşlığını genişləndirərək şəbəkə optimallaşdırılması proseslərində generativ süni intellekt əsaslı həllərin tətbiqinə başlayıb. Bu çərçivədə həyata keçirilən təşəbbüs əl əməyinə əsaslanan təhlil proseslərini əhəmiyyətli dərəcədə azaldaraq şəbəkə performansının daha sürətli və dəqiq qiymətləndirilməsinə imkan yaradıb. Qərar qəbuletmə mexanizmlərinin çevikliyi artıb, optimallaşdırma prosesləri isə daha məlumat əsaslı şəkildə həyata keçirilib. Layihənin “GSMA AI Use Case Library”də yer alması Azercell-in qlobal innovasiya ekosistemində fəal iştirakını və süni intellekt əsaslı transformasiya strategiyasının beynəlxalq səviyyədə tanındığını nümayiş etdirib.

Şirkət Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasını rəhbər tutaraq bu istiqamətdə də strateji yanaşmasını dərinləşdirib. Azercell daxili sistemlərdə süni intellekt texnologiyalarının tətbiqini genişləndirib, insidentlərin avtomatlaşdırılmış təhlili, zəifliklərin aşkarlanması və risklərin operativ qiymətləndirilməsi mexanizmlərini təkmilləşdirib. Real vaxt rejimində monitorinq imkanlarının gücləndirilməsi potensial kibertəhlükələrin qarşısının vaxtında alınmasına və ümumi aşkarlama səviyyəsinin yüksəldilməsinə şərait yaradıb.

Azercell-in “CyberCell” komandası “Critical Infrastructure Defence Challenge 2025” yarışında ikinci dəfə vitse-çempion adını qazanaraq kritik infrastrukturun qorunması sahəsində yüksək peşəkarlıq nümayiş etdirib. Şirkət mütəxəssislərinin “Black Hat USA 2025” və “DEFCON 33” kimi nüfuzlu beynəlxalq platformalarda iştirakı isə Azercell-in qlobal kibertəhlükəsizlik gündəliyində aktiv mövqeyini bir daha təsdiqləyib.

Eyni zamanda, Bakı Mühəndislik Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslər sektor üzrə bilik və bacarıqların artırılmasına, yerli ekspert potensialının gücləndirilməsinə xidmət edib.

Rabitə infrastrukturunun uzunmüddətli dayanıqlılığının təmin edilməsi məqsədilə Azercell-in təşəbbüsü ilə yaradılmış “Böhran İdarəetmə Qrupu” 2025-ci ildə fəaliyyətini genişləndirərək institusional əməkdaşlıq modelini daha da möhkəmləndirib. Bu çərçivədə ölkə ərazisində və Orta Dəhliz boyunca rabitə infrastrukturunun etibarlılığını və fasiləsizliyini təmin edən vahid koordinasiya mexanizminin formalaşdırılması istiqamətində işlər davam etdirilib. “Aztelekom” və “Azercosmos” nümayəndələrinin iştirakı ilə biznes davamlılığı, böhran kommunikasiyası, infrastrukturun operativ bərpası və informasiya təhlükəsizliyi üzrə praktiki təlimlər və ssenari əsaslı məşqlər həyata keçirilib. Bakı şəhərində və Qarabağ bölgəsində real vaxt rejimində keçirilən dayanıqlılıq testləri komandalararası koordinasiyanın effektivliyini nümayiş etdirib, milli peyk imkanlarından istifadə etməklə rabitə xidmətlərinin fasiləsizliyinin təmin olunması uğurla sınaqdan keçirilib.

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan Azercell innovativ texnoloji həllər və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan yanaşması ilə Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verməyə davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Aprel 2026 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri