Icma.az
close
up
RU
Azercell tariflərini yenilədi: qiymətlər dəyişdi

Azercell tariflərini yenilədi: qiymətlər dəyişdi

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azercell Telekom MMC istifadəçilərin mobil internetə artan tələbatının qarşılanması məqsədilə 06.04.2026-cı il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid “SuperSən”, “Sadə”, “GəncOL” və “İstəSən” tarif paketlərində dəyişikliklər həyata keçirəcək.

"Azercell"dən Axar.az-a verilən məlumata görə, yeniliklər çərçivəsində qeyd edilən tariflərin internet həcmi artırılaraq aşağıdakı şərtlər tətbiq ediləcək:

1. Bir sıra “SuperSən” tarif paketləri üzrə internet həcmi 1 GB artırılacaq. “SuperSən 1GB”, “SuperSən 3GB”, “SuperSən 6GB”, “SuperSən 10GB” tarif paketləri müvafiq olaraq “SuperSən 2GB”, “SuperSən 4GB”, “SuperSən 7GB”, “SuperSən 11GB” tarif paketləri ilə əvəz ediləcək. Tarif paketlərinin qiymətləri isə müvafiq olaraq 8 AZN, 12 AZN, 17 AZN və 22 AZN təyin olunacaq.

2. Digər “SuperSən” tarif paketləri üzrə internet həcmi 2 GB artırılacaq. “SuperSən 20GB”, “SuperSən 30GB” tarif paketləri “SuperSən 22GB”, “SuperSən 32GB” tarif paketləri ilə əvəz olunacaq. Tarif paketlərinin qiymətləri isə müvafiq olaraq 32 AZN və 42 AZN təyin olunacaq.

3. “Sadə 6” tarif paketi üzrə internet həcmi 1 GB artırılacaq. “Sadə 6” paketi “Sadə 8” paketi ilə əvəz ediləcək. Tarif paketinin qiyməti 8 AZN təşkil edəcək.

4. Bütün “GəncOL” tarif paketləri üzrə danışıq dəqiqələri artırılacaq və Vatsap tətbiqində (bütün funksiyalarından, yəni səsli və video zənglər, media paylaşımı və s.) istifadə üçün əlavə olaraq 500 MB internet həcmi təqdim ediləcək. “Həftəlik GəncOL” tarif paketində mövcud dəqiqə sayı 100 dəqiqə artırılaraq qiyməti 3,90 AZN təyin olunacaq. “GəncOL 6” və “GəncOL 9” tarif paketlərində isə mövcud dəqiqə sayı 200 dəqiqə artırılaraq qiymətləri müvafiq olaraq 8 AZN və 11 AZN təyin olunacaq. Qeyd edək ki, bütün “GəncOL” tarif paketləri çərçivəsində Vatsap və digər mesaj mübadilə sistemlərində mətn yazışmaları üçün cari imkanlar əvvəlki şərtlər ilə saxlanılacaq.

5. “İstəSən” tarif paketi üzrə başlanğıc internet həcmi 4 GB-dək artırılacaq. Tarif paketinin qiyməti 9 AZN təşkil edəcək. Yenilənmiş tarif paketi çərçivəsində yeni şərtlər tətbiq ediləcək, ətraflı məlumatla Azercell-in rəsmi veb-saytında tanış olmaq mümkündür. Eyni zamanda, “İstəSən” tarif paketinə yeni qoşulmalar dayandırılacaq. Bu tarif paketindən istifadə edən abunəçilər, cari abunəliyi ləğv etmədikləri halda, paketin növbəti yenilənmə tarixindən etibarən yeni şərtlərlə istifadəni davam edə biləcəklər.

Müvafiq tariflərin optimallaşdırılması məqsədi ilə həyata keçirilən bu yeniliklər, Azercell Telekom MMC-nin abunəçilərinə mobil internetə olan tələbatın artdığı mühitdə rabitə və internet resurslarından daha səmərəli istifadə etmək imkanı yaradır. Eyni zamanda, abunəçilər müvafiq tarif paketləri üzrə digər mövcud üstünlüklərdən əvvəlki şərtlərlə yararlanmağa davam edə biləcəklər.

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən Azercell Telekom MMC tərəfindən təqdim edilən digər xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:1757
embedMənbə:https://axar.az
archiveBu xəbər 05 Mart 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri