“Azercell” yenə müştərini aldatdı Bunun adı soyğunçuluqdur!
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Son aylar Azercell mobil operatorları ilə bağlı şikayətlər səngimir.
Moderator.az xəbər verir ki, bu gün də jurnalist Nigar Həsənli bu barədə paylaşım edib. Jurnalist istifadə etdiyi mobil tətbiqin onun balansından istifadə etmədiyi halda pul çıxdığını vurğulayıb:
"Azercelldən şikayətim var!
Qəfil bildiriş gəldi ki, balansımdan 2 AZN çıxılıb, Bizimləsən tarifi yenilənib. Mən belə bir tarifə qoşulmamışam. Aylıq internet paketdən istifadə edirəm, o da ötən gün avtomatik yenilənib. Qaynar xəttdən verilən cavab:
-Bunu ləğv etmək olmur. Sadəcə, başqa tariflə əvəz edə bilərsiniz.
Deməli, abonentin nömrəsini icazəsiz hansısa tarifə qoşurlar, balansdan pul çıxırlar və ləğv etmək də mümkün deyil. Bunun adı soyğunçuluqdur!
Məsələ, 2 manatda deyil, bu qədər ucuz yollarla soyğunçuluq etməkdir. Görünən odur ki, savadsız, məlumatsız insanları bu yolla aldadırlar".
Baxış sayı:68
Bu xəbər 10 Mart 2025 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















