Icma.az
close
up
RU
Azerconnect Group Telekommunikasiya sektorunda kibertəhlükəsizlik tədbirində iştirak edib

Azerconnect Group Telekommunikasiya sektorunda kibertəhlükəsizlik tədbirində iştirak edib

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Ölkənin aparıcı İKT şirkəti "Azerconnect Group" "Telekommunikasiya sektorunda kibertəhlükəsizlik" mövzusuna həsr olunan tədbirdə iştirak edib. Görüşə aidiyyəti dövlət qurumları, telekommunikasiya operatorları və provayderləri, həmçinin digər özəl təşkilatların sahə üzrə rəhbər və kibertəhlükəsizlik üzrə məsul şəxslər, o cümlədən müstəqil ekspertlər qatılıblar.

Tədbir zamanı iştirakçılar telekommunikasiya sahəsində çağırışlar, bu sahədə beynəlxalq təcrübə və mövcud kibertəhdidlərə qarşı mübarizə məsələlərini müzakirə ediblər. Qeyd olunub ki, yeni texnologiyalar, xüsusi ilə süni intellektin inkişafı kibertəhdidlərin real vaxt rejimində aşkarlanması, mürəkkəb kiberhücumların qarşısının alınması, böyük məlumatların təhlili və insidentlərə cavab proseslərinin avtomatlaşdırılması kimi sahələrdə yeni yanaşmalar tətbiq etməyə imkan verir. Görüşdə, həmçinin kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə cəmiyyətdə maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyi, ixtisaslı kadrların hazırlanmasının əhəmiyyəti, bu prosesdə dövlət-özəl tərəfdaşlığının rolu vurğulanıb.

Qeyd edək ki, "Telekommunikasiya sektorunda kibertəhlükəsizlik" mövzusuna həsr olunan dəyirmi masa Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) təşkilatçılığı ilə baş tutub. AKTA kibertəhlükəsizlik və informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən ekspert, şirkət və təşkilatların vahid platformasıdır.

Ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən "Azerconnect Group" mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. "Azerconnect Group" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Fevral 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri