Icma.az
close
up
RU
“Azerconnect Group” regionun ən böyük kibertəhlükəsizlik tədbirinə dəstək oldu Fotolar

“Azerconnect Group” regionun ən böyük kibertəhlükəsizlik tədbirinə dəstək oldu Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” regionun ən böyük kibertəhlükəsizlik tədbiri CIDC-2025-ə (Critical Infrastructure Defense Challenge 2025) dəstək olub.

Tədbir çərçivəsində kibermühitdə süni intellekt, yeni texnologiyaların tətbiqi, informasiya təhlükəsizliyi bazarının inkişaf perspektivləri müzakirə olunub, müasir çağırışlara cavab verən kibermüdafiə həlləri nümayiş etdirilib. 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumları və özəl sektordan rəhbər şəxslər, kibertəhlükəsizlik sahəsində yerli və xarici ekspertlər qatılıblar. 

“Azerconnect Group”un baş direktoru Emil Məsimov rəqəmsal iqtisadiyyatın sürətlə inkişaf etdiyi dövrdə kritik infrastrukturun qorunmasının strateji əhəmiyyətini vurğulayıb:

“İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Azərbaycanın ən böyük İKT şirkətlərindən biri olaraq “Azerconnect Group” kibertəhlükəsizlik sahəsində innovativ həllərlə rəqəmsal ekosisteminin dayanıqlılığının qorunmasına, Azərbaycanın rəqəmsal gələcəyinin güclənməsinə töhfə verir. Dünyanın aparıcı telekommunikasiya nəhəngi “Vodafone Group”la sıx şəkildə əməkdaşlıq edərək bu sahədə ən son beynəlxalq standartlara uyğun təhlükəsizlik sistemləri tətbiq edir”. 

Baş direktor çıxışı zamanı, həmçinin kibertəhlükəsizlik sahəsində dövlət-özəl tərəfdaşlığının rolunu, gənc mütəxəssislərin peşəkar inkişafının dəstəklənməsinin önəmini xüsusi  vurğulayıb. Konfrans informasiya təhlükəsizliyi üzrə təqdimat və panel müzakirələri ilə davam edib. 

CIDC-2025-də həmçinin, “Ağıllı şəhərlərdə kibermüharibə” yarışı keçirilir. “Azerconnect Group” təmsil edən “CyberConnect” komandası yarışın seçim mərhələsini uğurla tamamlayaraq final mərhələsinə yüksəlib. 

Qeyd edək ki, kibertəhlükəsizlik sahəsində ən son texnoloji həllərin tətbiqi, bu sahədə yerli mütəxəssislərin peşəkar inkişafının dəstəklənməsi “Azerconnect Group” dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə ölkədə həyata keçirilən müxtəlif layihə və təşəbbüslərdə aktiv şəkildə iştirak edir. Xatırladaq ki, “Azerconnect Group” daha əvvəl ölkəmizdə ilk dəfə keçirilən CIDC-2023 tədbirini dəstəkləyib.

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.

“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri