“AzerGold” cari ildə ilk ixrac əməliyyatını həyata keçirdi Fotolar
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzerGold” QSC cari ilin yanvar ayında 2026-cı il üzrə ilk ixrac əməliyyatını uğurla həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, şirkət tərəfindən ixrac edilən ilk partiya qızıl və gümüşün beynəlxalq bazarlarda satışı nəticəsində ölkə iqtisadiyyatına 32,9 milyon manat həcmində vəsait cəlb edilib.
Ötən il ərzində dövlət şirkəti beynəlxalq və yerli bazarlarda ümumilikdə 73,2 min unsiya qızıl və 93,2 min unsiya gümüşün satışını həyata keçirib. Bu satışlardan əldə olunan ümumi gəlir 439,3 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 43 faiz çoxdur.
Qeyd edək ki, dövlət şirkəti fəaliyyət göstərdiyi müddət ərzində ümumilikdə 560,5 min unsiya qızıl və 1,04 milyon unsiya gümüş satışını həyata keçirərək ölkə iqtisadiyyatına 1,9 milyard manat dəyərində vəsait cəlb edib.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 28 Yanvar 2026 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















