Icma.az
close
up
RU
“AzerGold” Beynəlxalq Yer Gününə həsr olunmuş tədbirlər keçirdi Fotolar

“AzerGold” Beynəlxalq Yer Gününə həsr olunmuş tədbirlər keçirdi Fotolar

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“AzerGold” QSC-nin təşəbbüsü ilə 22 Aprel – Beynəlxalq Yer Günü münasibətilə ekoloji və maarifləndirici tədbirlər təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, Beynəlxalq Yer Günü həftəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzerGold” QSC-nin birgə təşkilatçılığı ilə aprelin 21-də Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, eləcə də hər iki qurumun rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak edib. Tədbir zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Aprelin 22-də isə “AzerGold”un rəhbər heyəti və əməkdaşlarının Abşeron rayonunun Qobustan kəndinin ərazisində yerləşən Palçıq Vulkanları Turizm Kompleksinə ekskursiyası təşkil edilib.

Ekskursiya çərçivəsində ərazidəki palçıq vulkanları barədə məlumat verilib, Səhmdar Cəmiyyətinin heyəti “Qılınc” palçıq vulkanını yaxından izləyiblər.

Kompleksdə planetimizin təkamül prosesini nümayiş etdirən eksponatlarla zəngin olan sərgi zallarında heyvanat aləminin tarixinə dair faydalı məlumatlar təqdim olunub.

“Minerallar” sərgisində ölkəmizin fərqli bölgələrinə aid nadir qiymətli daşlar, kristallar və geoloji nümunələri, müxtəlif mineralların qarışıqlarından ibarət süxurlara baxış keçirilib.

Qeyd edək ki, Beynəlxalq Yer Günü ilk dəfə 1970-ci ilin aprelin 22-də ABŞ-də qeyd olunub. Həmin vaxt 20 milyona yaxın insan ətraf mühitin qorunmasına diqqəti artırmaq üçün müxtəlif tədbirlər təşkil edərək, öz mövqelərini ifadə edib. 2009-cu ildə isə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnaməyə əsasən, “Beynəlxalq Yer Günü” hər il aprelin 22-də beynəlxalq səviyyədə qeyd olunur.








Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Aprel 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri