“AzerGold” əməkdaşlarının övladları üçün qızıl mədəninə ekskursiya təşkil edilib Fotolar
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“AzerGold” QSC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şirkət əməkdaşlarının övladları üçün xüsusi tədbir təşkil edib.
“Qafqazinfo” xəbər verir ki, tədbir çərçivəsində uşaqlar Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) ekskursiya ediblər.
Ekskursiyanın əsas məqsədi uşaqları Azərbaycanın dağ-mədən sənayesi, faydalı qazıntıların hasilatı və emalı prosesi, o cümlədən valideynlərinin çalışdığı iş mühiti ilə tanış etmək, həmçinin onların ətraf mühitə və peşə müxtəlifliyinə dair dünyagörüşünü genişləndirmək olub.
Tədbir zamanı uşaqlara təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib. Kiçik qonaqlar istehsalat sahələrini gəzib, laboratoriya avadanlıqları və mədən texnologiyaları ilə yaxından tanış olublar.
Sonda azyaşlı ziyarətçilərə Cəmiyyətin adından xatirə hədiyyələri təqdim olunub.








Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 01 İyun 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















