“AzerGold” məhsul portfelini 1 qramlıq qızıl külçələr hesabına genişləndirdi
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yerli bazarda qızıl külçələrə artan investisiya tələbatını nəzərə alaraq məhsul çeşidini genişləndirib.
“Qafqazinfo” xəbər verir ki, dövlət şirkəti bu gün yerli qızıl xammalından hazırlanan yeni 1 qramlıq qızıl külçələri satışa çıxarıb.
Bu addım, qızıl investisiyasını daha geniş istehlakçı kütləsi üçün əlçatan və sərfəli etmək məqsədi daşıyır.
Son aylarda qızılın dünya bazarlarında qiymətinin kəskin artması fonunda fiziki qızıl investisiyası sabit və etibarlı sərmayə aləti kimi diqqət mərkəzindədir. “AzerGold” QSC-nin 1 qramlıq külçələri, məhz bu şəraitdə, daha kiçik məbləğlərlə investisiya etmək imkanı yaratmaqla fərqlənir.
Yeni 1 qramlıq külçələr “AzerGold” QSC-nin rəsmi satış nöqtəsi - Satış və mübadilə mərkəzi və onlayn platforması - www.azergold.gift vasitəsilə əldə edilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 31 Oktyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















