“AzerGold” qızıl məhsullarının 1 qramı üzrə qiymətini açıqlayıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“AzerGold” QSC-nin qızıl məhsullarının 1 qramı üzrə ortalama qiymət 188,5 manat təşkil edir.
Bu barədə “AzerGold”dan “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, “AzerGold” tərəfindən yerli qızıl və gümüş xammalından müxtəlif çəki və dizaynlarda hazırlanmış qiymətli məhsulların – qızıl sikkə və külçələrin, gümüş sikkələrin satışı 2019-cu ildən etibarən həyata keçirilir. Qızıl sikkələr müxtəlif dizaynlarda 5,10, 20, 1 unsiya, gümüş sikkələr isə 5,10, 20, 2 unsiya çəkilərdədir. “AzerGold” istehsalı olan ən kiçik qızıl külçə 2 qram, ən böyüyü isə 1000 qram çəkidədir.
“Məhsullarımıza həm unikal hədiyyə seçimi qismində, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya aləti kimi maraq kifayət qədər böyükdür”, - “AzerGold”dan bildirilirb.
Qeyd olunur ki, “ AzerGold”un qızıl məhsullarının qiyməti Səhmdar Cəmiyyətinin “Külçə və sikkə şəklində qızıl, gümüş məhsullarının və qablaşdırmasının pərakəndə satışı üzrə qiymət siyasəti”nə əsasən, Qiymət Komitəsi tərəfindən Mərkəzi Bankın gündəlik məzənnəsinə uyğun, periodik olaraq nəzərdən keçirilir və təsdiq olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:305
Bu xəbər 02 Aprel 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















