“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil etdi Fotolar
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Ölkəmizin milli dağ-mədən şirkəti “AzerGold” QSC-nin Azərbaycanın tarixi-mədəni irsini və nadir fauna növlərini əks etdirən qızıl və gümüş sikkələri ilk dəfə olaraq Berlin şəhərində keçirilən Ümumdünya Pul (Sikkə) Sərgisində nümayiş etdirilib.
“Qafqazinfo” xəbər verir ki, 3 günlük sərgi çərçivəsində təxminən 50 ölkədən milli zərbxanalar və mərkəzi banklar da daxil olmaqla 320-dən çox iştirakçı öz məhsul və xidmətlərini beynəlxalq ictimaiyyətə təqdim edib.
Sərgi müddətində “AzerGold” QSC-nin stendində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş, “Smartminting” texnologiyası əsasında üçölçülü formatda hazırlanmış “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkə, Azərbaycanın tarixi Zəfərinin 5-ci ildönümünə ithaf olunan “Zəfər” sikkəsi və “Qarabağ” kolleksiyasına aid qiymətli məhsullar, eləcə də ölkəmizin müasirliyini, tarixini, incəsənətini və qədim ənənələrini təbliğ edən digər sikkələr barədə ziyarətçilərə ətraflı məlumat verilib.
Azərbaycanın füsunkar təbiətini, nadir növlərin qorunması ideyasını və qabaqcıl istehsal texnologiyalarını özündə birləşdirən numizmatika layihəsi çərçivəsində hazırlanmış yeni nəsil gümüş sikkə kolleksiyası sərgi iştirakçılarının xüsusi diqqətini cəlb edib.
Eyni zamanda, sərgi çərçivəsində Avropa şirkətləri ilə potensial tərəfdaşlıq imkanlarının müzakirəsi məqsədilə bir sıra işgüzar görüşlər keçirilib.
Xatırladaq ki, qiymətlilərin istehsalı üzrə qlobal trendlərin yaxından izlənilməsi baxımından mühüm əhəmiyyət daşıyan Ümumdünya Pul Sərgisi ilk dəfə 1972-ci ildə İsveçrənin Bazel şəhərində “Beynəlxalq sikkə mübadiləsi sərgisi” adı altında fəaliyyətə başlayıb. 2006-cı ildən etibarən Almaniyanın Berlin şəhərində təşkil olunan bu beynəlxalq tədbir bu gün bütün qitələrdən kolleksiyaçıları, dilerləri, texniki mütəxəssisləri və zərbxanaları bir araya gətirən qlobal miqyaslı nüfuzlu platforma kimi tanınır



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 03 Fevral 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















