Icma.az
close
up
RU
“AzerGold”da Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olundu Fotolar

“AzerGold”da Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olundu Fotolar

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“AzerGold” QSC tərəfindən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Əməyin təhlükəsizliyi və gigiyenasına inqilabi yanaşmalar: iş yerlərində süni intellekt və rəqəmsallaşmanın rolu” mövzusunda keçirilən tədbirdə “AzerGold” QSC, Daşkəsən Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və ÇİRES-də çalışan podratçı şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə ÇİRES-də təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə ətraf mühitin mühafizəsi sahəsində görülən işlərdən bəhs edilib. Bildirilib ki, emal sahəsində ən yüksək standartlara cavab verən texnologiyalar tətbiq edilir, rəqəmsal və avtomatik rejimdə istehsalata nəzarət edən sistemlərdən istifadə genişləndirilir. Bununla istehsalatda bədbəxt hadisələr, peşə xəstəliklərinin qarşısının alınması, əməyin təhlükəsizliyinin qorunmasına nail olunur. Nəticədə fəaliyyət dövrü ərzində “AzerGold” QSC-də təhlükəsiz ötüşən iş saatlarının sayının öz tarixi maksimumuna – 6 milyon saata çatdığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra qonaqlar ÇİRES-də yerləşən Çəndə Qələviləşdirmə Zavodunda yaradılmış şəraitlə tanış olublar. Qonaqlara zavodda tətbiq edilən SCADA (İdarəetməyə nəzarət və məlumatların toplanması - Supervisory Control and Data Acquisition) sistemi barədə məlumat verilib. Qeyd olunub ki, SCADA məlumatların toplanması, analizi və uzaqdan idarəetmə üçün rəqəmsal texnologiyalara əsaslanan sistemdir. Sənayedə prosesləri izləmək və idarə etmək üçün istifadə olunan bu tip sistemlər, eləcə də ən son model qurğu və avadanlıqlar insanların zərərli iş mühitinə məruz qalmasının qarşısını alır, yüksək keyfiyyətli istehsalat prosesini təmin edir.

Tədbirdə, həmçinin ÇİRES-də sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit sahəsi üzrə fəaliyyətə töhfə verən “AzerGold” QSC və podratçı şirkətlərin əməkdaşlarına təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib.






Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Aprel 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri