Icma.az
close
up
RU
“AzerGold” QSC də Pakistanın “Frontier Works Organization” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

“AzerGold” QSC də Pakistanın “Frontier Works Organization” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Fevralın 25-də “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan-Pakistan Biznes Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının “Frontier Works Organization” şirkətinin Baş icraçı direktoru Abdul Saminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Newscenter.az xəbər verir ki, dağ-mədən və geologiya sahələrində birgə əməkdaşlıq imkanları, ortaq layihələrin icrası perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə keçirilən görüşdə Zakir İbrahimov əvvəlcə ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Şahbaz Şərif tərəfindən strateji əhəmiyyət kəsb edən bu əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
İdarə Heyətinin sədri “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Səhmdar Cəmiyyətinin strateji planları və dağ-mədən sektorunun inkişafı, habelə ətraf mühitin mühafizəsi tədbirləri, yüksək ekoloji standartlara cavab verən innovasiya və texnologiyalara keçid istiqamətində görülən işlər haqqında ətraflı bəhs edərək, ölkə hüdudlarından kənarda dağ-mədən layihələrinin icrasının QSC-nin strateji planlarına daxil olduğunu qeyd edib. O, bu xüsusda “Frontier Works Organization” şirkəti ilə filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı və istismarı sahəsində birgə əməkdaşlığın qurulmasının qarşılıqlı faydalı olacağına əminliyini ifadə edib.
“Frontier Works Organization” şirkətinin Baş icraçı direktoru Abdul Sami isə rəhbərlik etdiyi dövlət şirkətinin Pakistanda yol tikintisi, dağ-mədən sənayesi, enerji, müdafiə infrastrukturu və digər mühəndislik layihələrinin icrası üzrə ixtisaslaşdığını, “AzerGold” QSC ilə birgə həm Azərbaycan, həm də Pakistanda birgə geoloji kəşfiyyat və mədən layihələrinin icrası istiqamətində əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafında maraqlı olduqlarını qeyd edib.
Görüşün yekunu olaraq “AzerGold” QSC və “Frontier Works Organization” şirkəti arasında əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi üçün məsləhətləşmələrin aparılması, dağ-mədən sahəsində məlumat mübadiləsinə dair Məlumatların Gizli Saxlanılması (NDA – Non-disclosure agreement) sənədi, eləcə də əməkdaşlığa dair Anlaşma Memorandumunun hazırlanması və imzalanması barədə ilkin razılıq əldə edilib.
Görüşdə, həmçinin “Frontier Works Organization” şirkətinin Baş icraçı direktoru cari ilin aprel ayında keçiriləcək Pakistan Mineral İnvestisiya Forumunda “AzerGold” QSC-ni iştiraka dəvət edib.
QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov dəvətə görə təşəkkür edib, qarşılıqlı səfərlərin həyata keçirilməsinin qurumlar arasında əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsi baxımından vacibliyi diqqətə çatdırılıb.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Fevral 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see269

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see139

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see132

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see125

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see121

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see119

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see119

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see118

Neymar və het trik

04 Dekabr 2025 09:17see118

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri