Icma.az
close
up
RU
“AzerGold” və “Frontier Works Organization” şirkəti arasında sənədlər imzalandı

“AzerGold” və “Frontier Works Organization” şirkəti arasında sənədlər imzalandı

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Aprelin 8-də “AzerGold” QSC və Pakistanın “Frontier Works Organization” şirkəti arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu və Məlumatların Gizli Saxlanılması (NDA – Non-disclosure agreement) sənədi imzalanıb.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Pakistana səfəri və Pakistan Mineral İnvestisiya Forumu çərçivəsində paytaxt İslamabad şəhərində təşkil olunan mərasimdə sənədləri “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü, sədrin müavini Xəyyam Fərzəliyev və “Frontier Works Organization” şirkətinin faydalı qazıntıların kəşfiyyatı və inkişaf əməliyyatları üzrə direktoru Muhammad Badr Malik imzalayıblar.

Dağ-mədən və geologiya sahələrində birgə əməkdaşlığın qurulması məqsədilə imzalanan sənədlərə əsasən, tərəflər arasında Azərbaycan, Pakistan, eləcə də digər ölkələrin ərazilərində faydalı qazıntı yataqları ilə bağlı mövcud geoloji məlumatların öyrənilməsi, birgə geoloji kəşfiyyat proqramları, mədən layihələrin icrası ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulub. Həmçinin sənədlərdə məlumat və təcrübə mübadilələrinin aparılması, qarşılıqlı səfərlərin davam etdirilməsi ilə bağlı tərəflər öz niyyətlərini ifadə ediblər.

Xatırladaq ki, cari ilin 25 fevral tarixində “AzerGold” QSC-də Azərbaycan-Pakistan Biznes Forumu çərçivəsində ölkəmizdə səfərdə olan “Frontier Works Organization” şirkətinin Baş icraçı direktoru Abdul Saminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdi. Görüşün yekunu olaraq tərəflər arasında əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi üçün məsləhətləşmələrin aparılması, məlumat mübadiləsinə dair NDA sənədi, eləcə də əməkdaşlığa dair Anlaşma Memorandumunun hazırlanması və imzalanması barədə razılıq əldə edilmişdi.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Aprel 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri