Icma.az
close
up
RU
AzerGold QSC nin fəaliyyətinin 9 cu ili tamam oldu

AzerGold QSC nin fəaliyyətinin 9 cu ili tamam oldu

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün "AzerGold" QSC-nin fəaliyyətə başlamasının 9-cu ili tamam olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli Sərəncamına uyğun olaraq təsis edilən "AzerGold" QSC 5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb.

Artıq 9 ildir Azərbaycanın yeraltı sərvətlərinin səmərəli və dayanıqlı idarə olunması istiqamətində fəaliyyət göstərən Səhmdar Cəmiyyəti əlvan və qara metal filizi yataqlarının kəşfi, tədqiqi, qiymətli metalların hasilatı, yerli və beynəlxalq bazarlarda satışı ilə milli iqtisadiyyata, sosial-iqtisadi inkişafa davamlı töhfələr verməkdədir.

Qeyri-neft sektorunu təmsil edən aparıcı dövlət şirkətlərindən biri olan "AzerGold" QSC ötən dövrdə yerli və xarici bazarlarda 523 min unsiya qızıl və 989 min unsiya gümüşün satışını həyata keçirərək, ölkə iqtisadiyyatına 1 milyard 690 milyon manatdan çox vəsait cəlb edib. Bu məbləğin 1 milyard 592 milyon manatı ixrac, 98 milyon manatı isə yerli satışlardan əldə olunub. Dövlət büdcəsinə 216 milyon 433 min manat vergi, 34 milyon 845 min manat isə sosial ödəniş həyata keçirilib.

Ölkəmizin ən tələbatlı işəgötürənlərindən biri olan Səhmdar Cəmiyyəti ötən 9 il ərzində birbaşa və dolayı yolla 2351 nəfəri daimi işlə təmin edərək məşğulluğun artırılmasına da mühüm töhfə verib. Hazırda şirkət və törəmə cəmiyyətlərində - "Daşkəsən Dəmir Filiz" MMC və "AzerBlast" MMC-də 1088 nəfər, uzunmüddətli podratçılarda isə 1263 nəfər çalışır. İş yerlərində təhlükəsiz və layiqli əmək şəraitinin təmin edilməsi nəticəsində QSC və onun törəmə cəmiyyətlərində xəsarətsiz iş saatlarının ümumi sayı 7.6 milyonu ötüb.

QSC əlvan və qara metal yataqlarının kəşfi və tədqiqi sahəsində ən müasir və innovativ texnologiyalardan, o cümlədən hiperspektral və aeroelektromaqnetik tədqiqat üsullarından istifadə etməklə, milli dağ-mədən sənayesinin elmi-texnoloji inkişafına və resurs potensialının dəqiq qiymətləndirilməsinə mühüm töhfə verir.

Bununla yanaşı, Səhmdar Cəmiyyəti "Made in Azerbaijan" brendi altında qızıl və gümüş sikkə, eləcə də qızıl külçə məhsullarını daxili pərakəndə bazarda uğurla realizə etməkdədir. Müasir istehsal həlləri, o cümlədən "Smartminting" texnologiyası ilə hazırlanmış qiymətli məhsullar milli-mədəni dəyərlərimizin təbliğinə töhfə verir, həmçinin yüksək likvidliyə malik etibarlı investisiya aləti kimi çıxış edir.

Fəaliyyətini ekoloji norma və tələblər, sosial məsuliyyətlilik prinsipi əsasında təşkil edən "AzerGold" QSC-nin 9 illik fəaliyyəti onun dayanıqlı inkişaf modelini, qeyri-neft sektorunun şaxələndirilməsindəki rolunu və milli iqtisadiyyata verdiyi töhfəni aydın şəkildə nümayiş etdirir. Dövlət şirkəti bundan sonra da ölkənin mədən sənayesinin və sosial-iqtisadi rifahının inkişafına töhfə verməyə davam edəcək.

"AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 İyul 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri