AzerGold QSC nin əməkdaşı “Yüksəliş” müsabiqəsinin QALİBİ OLDU
Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.
“AzerGold” QSC-nin Risklərin idarəolunması və daxili nəzarət şöbəsinin müdir müavini Orxan Nağıyev 5-ci “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olub. O, 4 ay davam edən müsabiqədə iştirak etmiş 16 553 nəfər namizəddən ən yüksək bal toplayan 20 nəfər qalibin sırasına öz adını yazdırıb.
News24.az xəbər verir ki, Orxan Nağıyev 2009-2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavriat, 2013-2015-ci illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. O, 2021-ci ildən “AzerGold” QSC-də çalışır.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların stimullaşdırılması və ölkədə güclü kadr ehtiyatı bankının yaradılması məqsədilə təşkil olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 25 İyul 2025 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















