Icma.az
close
up
RU
“AzerGold” sikkə və külçələrin gerialışı üzrə 1 mln. manatdan çox ödəniş edib

“AzerGold” sikkə və külçələrin gerialışı üzrə 1 mln. manatdan çox ödəniş edib

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

“AzerGold” QSC daxili pərakəndə bazarda qiymətli metalların dövriyyəsini artırmaq və vətəndaşların investisiya imkanlarını genişləndirmək məqsədilə satışını həyata keçirdiyi qızıl məhsulların 2021-ci ildən gerialış əməliyyatlarını icra edir.

“AzerGold”dan Modern.az-a verilən məlumata görə, 2025-ci ilin yanvar-may aylarında ümumi çəkisi 85 unsiya olan qızıl sikkə və külçələrin gerialışı həyata keçirilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 244% artım deməkdir. Gerialış əməliyyatları nəticəsində müştərilərə 459 min manat ödəniş edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 376% artımdan xəbər verir.

Bütün fəaliyyət dövri ərzində isə ümumi çəkisi 274.4 unsiya olan qiymətli məhsulların gerialışı həyata keçirilib, ödənişlərin ümumi məbləği 1.15 milyon manat təşkil edib. Ötən dövr ərzində geri alınmış məhsullarının 260.8 unsiya həcminin təkrar satışı həyata keçirilib və 1.23 milyon manat gəlir əldə edilib.

Qeyd edək ki, “AzerGold” tərəfindən satışa çıxarılan məhsulların gerialışı QSC-nin Bakı şəhərində yerləşən Satış və mübadilə mərkəzində həyata keçirilir. Gerialış üçün müştəri məhsulu, onun keyfiyyət sertifikatını təqdim edir. Satış və mübadilə mərkəzinin eksperti tərəfindən məhsul yoxlanıldıqdan sonra Mərkəzi Bankın gündəlik məzənnəsinə uyğun olaraq qızılın dəyərinə əlavə 2% qazancla müştəriyə ödəniş edilir.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən 2019-cu ildən qiymətli metalların pərakəndə satış bazarına Azərbaycanın milli-mədəni irsini əks etdirən müxtəlif dizaynlı sikkələr, eləcə də külçələr təqdim olunur. Məqsəd ölkəmizin mədəni dəyərlərinin təbliği ilə yanaşı, iqtisadi və investisiya potensialının genişləndirilməsi, qiymətli məhsulların ticarətində “kölgə iqtisadiyyatı”nın qarşısının alınmasına əlavə töhfə verməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 İyun 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see158

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see130

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see130

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri