Icma.az
close
up
RU
“AzerGold Uzbekistan” “AzerGold”un şirkətidir

“AzerGold Uzbekistan” “AzerGold”un şirkətidir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“AzerGold” QSC-nin xarici ölkədə ilk törəmə şirkəti “AzerGold Uzbekistan” Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb.

Yeni şirkətin əsas fəaliyyət istiqaməti Özbəkistanın Qaşqadərya vilayətində yerləşən “Akba” qızıl yatağının geoloji kəşfiyyatı, mineral ehtiyatlarının qiymətləndirilməsi və gələcək istismar imkanlarının müəyyənləşdirilməsi üzrə layihənin həyata keçirilməsidir. Hazırda “Akba” qızıl yatağında geoloji kəşfiyyat işlərinin aparılması üçün zəruri icazələrin alınması üzrə prosedurlar həyata keçirilir. Özbəkistan hökumətinin müvafiq qərarı əsasında lisenziya əldə edildikdən sonra 18 ay davam etməsi nəzərdə tutulan geoloji kəşfiyyat işlərinə başlanılacaq.

Bu müddət ərzində yataq üzrə mövcud geoloji məlumatların təhlili, əlavə geoloji kəşfiyyat işlərinin aparılması, mineral ehtiyatların beynəlxalq “Joint Ore Reserves Committee” (JORC) standartlarına uyğun qiymətləndirilməsi, metallurgiya sınaqlarının keçirilməsi, ətraf mühitə təsirin qiymətləndirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, cari ilin 17 iyun tarixində “AzerGold” QSC ilə Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi arasında Qaşqadərya vilayətində yerləşən “Akba” qızıl yatağının birgə inkişafına dair çərçivə müqaviləsi imzalanıb. Sənəd iki ölkə arasında dağ-mədən sahəsində əməkdaşlığın genişləndirilməsi və yatağın potensialının qiymətləndirilməsi üçün hüquqi zəmin yaradıb.

Qeyd edək ki, “AzerGold” QSC-nin Özbəkistanda həyata keçirməyi planlaşdırdığı digər mühüm istiqamət ölkənin perspektivli mineral ehtiyatlarının birgə geoloji kəşfiyyatıdır. Bu məqsədlə 17 iyul 2026-cı il tarixində “AzerGold” QSC, “Uzbekgeologorazvedka” Səhmdar Cəmiyyəti və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti arasında üçtərəfli əməkdaşlığın əsas şərtlərini müəyyən edən sənəd imzalanıb.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri