Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“AzerGold”un heyəti Qırğızıstanda

“AzerGold”un heyəti Qırğızıstanda

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“AzerGold” QSC-nin nümayəndə heyəti Qırğız Respublikasında işgüzar səfərdə olub. Səfər çərçivəsində qurumun idarə heyətinin sədri Zakir İbrahimov və “Qırğızaltun” ASC idarə heyətinin sədri Kubat Abdraimov arasında Bişkek şəhərində görüş keçirilib.

Söhbət zamanı “AzerGold” QSC ilə “Qırğızaltun” ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında 2026-cı il iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilmiş Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclası çərçivəsində, hər iki ölkənin dövlət başçılarının iştirakı ilə imzalanmış memorandumdan irəli gələn məsələlər, dağ-mədən sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və potensial birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Z.İbrahimov dövlət başçılarının liderliyi və siyasi iradəsi nəticəsində Azərbaycan ilə Qırğızıstan arasında formalaşmış dostluq və qardaşlıq münasibətlərinin iqtisadi əlaqələrin, o cümlədən dağ-mədən sənayesi üzrə tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını bildirib. O, “AzerGold”un geoloji kəşfiyyat, yataqların qiymətləndirilməsi, hasilat və emal sahəsində qazandığı təcrübə, eləcə də ölkəmizin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan geoloji-kəşfiyyat işləri, müasir aeroelektromaqnit və digər qeyri-invaziv kəşfiyyat metodlarının uğurla tətbiqi barədə məlumat verib.

Qeyd olunub ki, “AzerGold” ölkə hüdudlarından kənarda fəaliyyətinin genişləndirilməsini strateji prioritetlərindən biri kimi müəyyən edib və bu istiqamətdə Mərkəzi Asiya regionunda birgə dağ-mədən və geoloji kəşfiyyat layihələrinin həyata keçirilməsi imkanlarını araşdırır.

“Qırğızaltun” ASC İdarə Heyətinin sədri Kubat Abdraimov Qırğızıstanın dağ-mədən sənayesində son illərdə həyata keçirilən islahatlar, rəhbərlik etdiyi qurumun mövcud layihə portfeli və sektorun inkişaf perspektivləri barədə məlumat verib, dövlət şirkətinin strukturunun təkmilləşdirilməsi, törəmə müəssisələrin fəaliyyət imkanlarının genişləndirilməsi və yeni layihələrin reallaşdırılması istiqamətində görülən işlərdən danışıb.

“Qırğızaltun” şirkətinin rəhbəri “AzerGold” ilə əməkdaşlıq məsələsinə də toxunaraq Azərbaycan tərəfinin əməkdaşlıq və qarşılıqlı dəstək təklifinin müsbət qarşılandığını bildirib, aparılan müzakirələr nəticəsində yeni əməkdaşlıq imkanlarının ortaya çıxa biləcəyini və mövcud perspektivli layihələrin tərəflər arasında birgə nəzərdən keçiriləcəyini qeyd edib.

Tərəflər perspektivli yataqlar üzrə birgə müəssisələrin yaradılması, investisiya modelləri, geoloji kəşfiyyat nəticələrinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, eləcə də yeni layihələrin maliyyələşdirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparıblar. Görüşün yekununda tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə müzakirələrin davam etdirilməsi və əməkdaşlığın praktiki layihələrlə genişləndirilməsi barədə razılığa gəliblər.

***

Səfər çərçivəsində “AzerGold”un nümayəndə heyəti “Altunken” qızıl mədəni və “Qırğızaltun” şirkətinin Kara-Balta şəhərində yerləşən affinaj zavodunu ziyarət edib. Nümayəndə heyəti Qırğızıstanın Çuy vilayətində yerləşən “Altunken” mədəninin fəaliyyəti, istehsalat infrastrukturu və qızıl hasilatının əsas mərhələləri ilə tanış olub. Mütəxəssislər filizin şaxta üsulu ilə karxanadan istehsal sahələrinə daşınması, emalı və digər texnoloji proseslər barədə məlumat veriblər. Bildirilib ki, “Altunken” qızıl mədəni Qırğızıstanın “Qırğızaltun” şirkəti ilə Çinin iri mədənçilik korporasiyası “Zijin Mining” arasında yaradılmış birgə müəssisə tərəfindən 2016-cı ildən etibarən istismar olunur.

Bundan əlavə, səfər zamanı istehsal sahələrinə baxış keçirilib, filizin emalı texnologiyası, tətbiq olunan texniki həllər və sənaye təhlükəsizliyi standartları ilə tanışlıq olub. Tərəflər arasında mədən sənayesi, qızıl hasilatı və istehsal prosesləri üzrə təcrübə mübadiləsi aparılıb, müasir texnologiyaların tətbiqi və gələcək əməkdaşlıq imkanları ilə bağlı müzakirələr keçirilib.

Daha sonra nümayəndə heyəti Kara-Balta şəhərində yerləşən affinaj zavoduna baş çəkib. Burada istehsal infrastrukturu və texnoloji proseslər, laboratoriya və keyfiyyətə nəzarət sistemləri, təhlükəsizlik standartları, eləcə də ekoloji və istehsalat tələbləri barədə məlumat verilib. Qonaqlar qızıl külçələrin istehsal sahəsinə baxış keçirərək məhsulların hazırlanması prosesi ilə tanış olublar. Mütəxəssislər qızıl məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun təmin edilməsi, həmçinin istehsal prosesinin əsas mərhələləri barədə məlumat veriblər.

M.YAQUBZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Sentyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see464

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see433

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see307

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see304

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see258

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see247

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see241

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see236

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see230

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see224

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see216

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see214

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see213

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see212

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see210

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see198

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see195

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see193

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri