Icma.az
close
up
RU
“AzerGold”da “Aleks Metal Rafineri” şirkətinin rəhbəri ilə görüş Fotolar

“AzerGold”da “Aleks Metal Rafineri” şirkətinin rəhbəri ilə görüş Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“AzerGold” QSC tərəfindən pərakəndə satışa təqdim edilən qızıl və gümüş sikkə, eləcə də qızıl külçələrin istehsalı sahəsində 2025-ci ildən əməkdaşlıq əlaqələri qurulan Türkiyənin “Aleks Metal Rafineri” şirkətinin İdarə Heyətinin sədri Sarp Tarhanacının rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olublar.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Aleks Metal Rafineri” şirkətinin rəhbər heyəti ilə görüş keçirib.

“AzerGold” QSC-nin fəaliyyəti ilə yaxından tanışlıq, əməkdaşlıq əlaqələrinin inkişafı və yeni istiqamətlərinin müəyyənləşdirilməsi imkanlarının müzakirəsi məqsədilə keçirilən görüşdə Zakir İbrahimov qonaqlara dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkəti haqqında ətraflı məlumat verib.

Bildirilib ki, dağ-mədən fəaliyyətində ətraf mühitin qorunmasını prinsipini ön planda saxlayan şirkət qızıl və gümüşün dünya bazarına ixracı ilə Azərbaycanın qeyri-neft sektorunun inkişafı, milli iqtisadiyyatın şaxələndirilməsinə öz töhfələrini verir, həmçinin qiymətli metalların pərakəndə satışı istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Qeyd olunub ki, Səhmdar Cəmiyyəti tərəfindən 2019-cu ildən yerli pərakəndə satış bazarına təqdim edilən və fərqli, unikal dizaynlara malik qızıl sikkə kolleksiyaları etibarlı investisiya aləti olmaqla yanaşı, ölkəmizin, onun tarixi, incəsənəti, mədəni irsinin və digər dəyərlərinin təbliğinə xidmət edir.

Öz növbəsində “Aleks Metal Rafineri” şirkətinin İdarə Heyətinin sədri Sarp Tarhanacı rəhbərlik etdiyi şirkətin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edərək, şirkətin ekoloji tələblərə uyğun ən son texnologiya və avadanlıqlara təchiz edilmiş qiymətli metal emalı və istehsalı prosesi həyata keçirdiyini, beynəlxalq səviyyədə geniş əməkdaşlıq əlaqələrinə malik olduğunu, ABŞ, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, eləcə də müxtəlif Avropa ölkələrində rəsmi ofislərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bu mənada “AzerGold” QSC ilə əməkdaşlıqdan məmnunluğunu qeyd edən Sarp Tarhanacı tərəfdaşlığının yeni istiqamətlərinin də müəyyənləşdirilməsi niyyətlərini ifadə edib.

Görüş ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında qarşılıqlı müzakirə şəraitində davam edib.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 İyun 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri