Icma.az
close
up
RU
“AzerGold”un Daşkəsəndə yerli icmalarla növbəti görüşü Fotolar

“AzerGold”un Daşkəsəndə yerli icmalarla növbəti görüşü Fotolar

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin Daşkəsən şəhərində vətəndaşlarla ilin yekunlarına dair görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, “AzerGold”un İdarə Heyətinin üzvü - sədr müavini, QSC-nin KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev və “AzerGold”un İdarə Heyətinin üzvü - sədr müavini, “Daşkəsən Dəmir Filiz” MMC-nin KSM Komitəsinin sədri İlqar Cəlilov iştirak edib.

Daşkəsən şəhəri, rayonun Quşçu, Çovdar, Bayan və digər kəndlərinin sakinlərinin qatıldığı hesabat xarakterli tədbirdə “AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı çərçivəsində 2025-ci il ərzində icra edilən, 2026-cı ildə isə icrası planlaşdırılan sosial və ekoloji layihələr barədə məlumat verilib.

Daşkəsən RİH başçısı Orxan Abbasov sosial layihələrin xüsusilə təhsil, məşğulluq və sosial infrastruktur sahələrində müsbət nəticələr verdiyini diqqətə çatdırıb. O. Abbasov layihələrin davamlı inkişaf prinsiplərinə uyğun olaraq icra olunmasının region üçün uzunmüddətli faydalar yaratdığını bildirib.

“AzerGold”un KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev Cəmiyyətin dağ-mədən sənayesinin inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətin rayonun iqtisadi göstəricilərinin yüksəlməsinə, eləcə də orta aylıq əməkhaqqı səviyyəsinə görə respublika üzrə ilk üçlükdə qərarlaşmasına mühüm töhfə verdiyini bildirib. Əksəriyyəti ucqar kəndləri təmsil edən 756 nəfər Daşkəsən sakininin “AzerGold” QSC-nin fəaliyyət istiqamətləri üzrə daimi işlə təmin olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, 2025-ci il ərzində Cəmiyyət tərəfindən Daşkəsən rayonunda sosial rifahın gücləndirilməsi, təhsilin təşviqi, mədəni maarifləndirmə, idmanın təbliği və s. istiqamətlərdə dövlət siyasətinə əlavə töhfə vermək məqsədilə müxtəlif sosial layihələr həyata keçirilib.

Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, 2026-cı ildə də sosial məsuliyyətlilik prinsipləri əsasında təhsil, sağlamlıq, inklüziv inkişaf, infrastruktur, kənd təsərrüfatının

inkişafı, fermer təsərrüfatlarına dəstək, ətraf mühitin mühafizəsi və digər istiqamətlər üzrə layihələrin icrası davam etdiriləcək.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslər müzakirə edilib. Görüşdə, həmçinin vətəndaşların qaldırdıqları məsələlər araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb.

Sonda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “AzerGold” QSC adından görüş iştirakçılarına səmimi bayram təbrikləri çatdırılıb.









Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Dekabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see296

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see163

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see150

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see146

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri