Icma.az
close
up
RU
“AzerGold”un təşəbbüsü ilə Daşkəsəndə abidələrə məlumat lövhələri quraşdırılıb FOTO

“AzerGold”un təşəbbüsü ilə Daşkəsəndə abidələrə məlumat lövhələri quraşdırılıb FOTO

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“AzerGold” QSC-nin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Daşkəsən rayonunda tarixi-mədəni abidələrin tanıdılması” layihəsi çərçivəsində rayon ərazisində mövcud olan ölkə və yerli əhəmiyyətli tarix-memarlıq və arxeoloji abidələr üçün məlumat lövhələri hazırlanaraq quraşdırılıb.

APA-Economics” xəbər verir ki, QSC-nin Sosial təsir və məsuliyyət üzrə siyasəti çərçivəsində icra edilən layihədə əsas məqsəd aktiv hasilat və istehsalat fəaliyyəti həyata keçirilən Daşkəsən rayonunun təkcə faydalı qazıntı yataqları ilə zəngin bölgə kimi deyil, həmçinin füsunkar təbiətə, memarlıq və arxeoloji abidələrə malik qədim yaşayış məskənlərindən biri kimi tanıdılmasına, mədəni irs nümunələrimizin mühafizəsinə töhfə verməkdir. Bu məqsədlə icra edilən layihə Daşkəsən rayonunda yerləşən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə dövlət mühafizəsinə götürülmüş 46 ədəd tarix-memarlıq abidəsini əhatə edib.

Belə ki, layihə çərçivəsində “AzerGold” QSC və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə 34 ədəd ölkə əhəmiyyətli arxeoloji abidə, 10 ədəd yerli əhəmiyyətli memarlıq abidəsi, 1 ədəd ölkə əhəmiyyətli memarlıq abidəsi və 1 ədəd yerli əhəmiyyətli monumental və xatirə abidəsi məlumat lövhəsi ilə təmin edilib.

Qeyd edək ki, icrasına 2022-ci ildə başlanılan “Daşkəsən rayonunda tarixi-mədəni abidələrin tanıdılması” layihəsi çərçivəsində rayon ərazisindəki qədim memarlıq və təbiət abidələrinin fotoçəkilişi həyata keçirilib, həmin materiallar əsasında “Daşkəsən abidələri” adlı təqvim-kataloq hazırlanıb və geniş ictimaiyyətə təqdim edilib. Təqvim-kataloqda qədim yaşayış məskənləri, mağaralar, körpülər, məbəd və türbələr, eləcə də onlar haqqında müxtəlif mənbələrdən toplanmış məlumatlar öz əksini tapıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Aprel 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see177

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see159

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see156

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see153

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see137

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see129

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see127

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see124

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see122

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see121

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see121

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see119

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see118

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see118

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see117

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see117

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri