Icma.az
close
up
RU
““Azəri” sözünün bizə dəxli yoxdur” iddiası barədə

““Azəri” sözünün bizə dəxli yoxdur” iddiası barədə

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Hörmətli deputat Səyyad Aranın Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında ölkəmizdə dövlət dilindən istifadə ilə bağlı çıxışı olub. O deyib: “Dilin televiziyada pis günə salınması əsas məsələlərdəndir. Aparıcıların dilə biganə, laqeyd münasibəti insanı hiddətləndirir. Bundan başqa, bizim bütün qurumlarımız belə adlanır: “Azərxalça”, “Azərsu” “Azərışıq” və s. Bəs “Azəriqaz” niyə? Hansı ağıllı bu sözü yazıb? “Azəri”sözünün bizə dəxli yoxdu. Tarix və həyat paradokslar yaradır. Bunu siz hansı ağılla “Azəriqaz” adlandırmısınız? Türklər bizə deyirlər ki, “azəri kardeşlerimiz”. Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin. “Azəri” sözünün bizə aidiyyəti yoxdur. “Azəriqaz”ın qanuni adı düzəldilməlidir”.

Deputatın fikirlərindəki iki məqama toxunmaq istərdim. Birincisi, “aparıcıların dilə biganə, laqeyd münasibəti”nin “insanı hiddətləndirməsi”dir. Hörmətli deputata sual vermək gərəkdir: Aparıcıların dilə laqeydliyi dövlət başçısının AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışından sonra başlayıb, yoxsa əvvəllər də varmış, amma hörmətli deputat məhz Prezidentin çıxışından sonra hiddətlənməyi məqsədəuyğun sayıb? Xatırlatmaq istərdim ki, onillərdir bir sıra telekanallarda dövlət dilinin normaları kobudcasına pozulur. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin (“Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi”) tələblərinin pozulması bir deputat kimi onu Prezidentin çıxışından əvvəl də hiddətləndirə bilərdi. Amma, təəssüf ki, bu, baş verməyib.

Deputatın ikinci hiddəti isə “Azəriqaz”ın adı ilə bağlıdır. Hörmətli Səyyad Aran deyir: “Bundan başqa, bizim bütün qurumlarımız belə adlanır: “Azərxalça”, “Azərsu” “Azərışıq” və s. Bəs “Azəriqaz” niyə? Hansı ağıllı bu sözü yazıb? “Azəri”sözünün bizə dəxli yoxdu…”.

Məncə, cənab Səyyad Aran heç olmasa xaricə işləməyə gedəndə ölkənin tarixi və xalqın adı ilə bağlı bir az mütaliə etməli idi, onda “konsulluqda işləyəndə (türklərə) dəfələrlə ... “bizə belə deməyin” deməyinə ehtiyac qalmazdı.

“Azəri” “Azərbaycan”ın ərəb dilindəki nisbi sifət formasıdır. Ərəb dili mütəxəssisləri olan alimlərimiz bu barədə dəfələrlə yazıblar: ərəblər mürəkkəb sözlərə mənsubluq (sakinlik) bildirən şəkilçi artıranda onu sözün birinci hissəsinə əlavə edirlər. Yəni Deyr əz-Zor şəhərindən olanlara “deyr əz-zori” yox, “deyri”, hadramutluya “hadramuti” yox, “hadari”, Azərbaycan sakinlərinə isə “azəri” deyiblər.

Görünür, hörmətli deputat da bir çoxları kimi Əhməd Kəsrəvinin hiyləgər iddiasının toruna düşüb və “azəri” sözünü “arzuolunmaz” elan edənlərə qoşulub. Qahirə Universitetinin müəllimi, həmyerlimiz doktor Seymur Nəsirov bu məsələ ilə bağlı yazır: “İnsanları çaşdıran Əhməd Kəsrəvinin 1921-ci ildə İran şahının tələbi ilə yazdığı “Azəri ya Zəban-Bastane Azərbaycan” adlı əsəridir. Müəllif bu əsərində azərbaycanlıların türkmənşəli yox, “azəri” adlı ayrı bir millət olduqları fikrini irəli sürüb. Kəsrəviyə görə, Azərbaycan dili türk dilləri ailəsinə mənsub deyil, İran mənşəli bir dildir. Azərilər Səlcuqluların İrana gəlməsi ilə türkləşməyə başlayıblar”. Bundan sonra bir sıra soydaşlarımız bu şəxsin fitnəsi ilə “azəri” sözü ilə məsafə saxlamağa başlayıblar. “Mən azəri deyiləm, türk oğlu türkəm” populist şüarı da bundan sonra geniş yayılmağa başlayıb.

Orta məktəbdə yaxşı oxuyan şagirdlər də bilir ki, hətta I minillikdə “əl-Azərbaycani” nisbəsi ilə ərəbcə şeir yazan bir neçə şairimiz olub. Onlara da qısaca “azəri” deyirdilər. Bundan başqa, əbu Abdullah əl-Azəri, Məhəmməd bin Əhməd əl-Azəri, Əl-İmam əbu Əmr əl-Azəri və.s. alimlərimiz olub. Kəsrəvinin fitnəsi ilə onlardan da imtina edək? “Azərilikdən” imtina Kəsrəvi tərəfindən uydurulan və əslində mövcud olmayan, guya “fars dilinin pozuq şivəsində danışan” bir etnosun xeyrinə böyük bir irsdən imtina etmək deyilmi?

Əlavə edim ki, 1928–1931-ci illərdə İstanbulda “Azəri-türk” adlı jurnal nəşr edilirdi. Jurnalın imtiyaz sahibi Məmməd Sadıq Axundzadə, müdir və baş redaktoru isə Məhəmməd Əmin Rəsulzadə idi. Böyük mütəfəkkir “azəri” sözünün farslara heç bir dəxli olmadığını hələ yüz ilə yaxın bundan əvvəl yaxşı bilirdi və oradakı yerli əhali ilə bizi fərqləndirmək üçün elə ad seçməsi tamamilə məntiqli idi.

Bir sıra qurumların adlarında ciddi ədəbi dil pozuntularının olması barədə deputatın dediklərinə qoşuluruq, amma bu, ayrıca mövzudur və hamımızı narahat edir.

Vasif SADIQLI

Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Yanvar 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri