Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Maskın raketi suya düşərək partladı Video

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

“Azəri” termininin ağlabatan elmi izahı yoxdur

“Azəri” termininin ağlabatan elmi izahı yoxdur

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Millət vəkili Səyyad Aranın məsələyə yanaşması stilistika baxımından doğrudur. Bütün sahəvi işlətmələr üçün Azərbaycan sözünün qısadılmış forması kimi "Azər" işlədilirsə, bu "Azəriqaz"a da şamil olunmalıdır. Ancaq Səyyad müəllim bilməmiş deyil ki, siyasi, elmi və bədii mətnlərimizdə "Azəri" sözü də ayrı-ayrı müəlliflər tərəfindən dəfələrlə işlədilmiş, hətta xalq şairi Rəsul Rza ötən əsrin 70-ci illərində "Azəri Sovet Ensiklopediyası" nəşr etməyə də qərar vermişdi.
Lakin bu cəhd yarımçıq qalmış və onu ensiklopediyanın I cildini alayarımçıq buraxmaqla baş redaktorluqdan uzaqlaşdırmışdılar. Sonralar "Azər xalqı", "Azəri dili" kimi başlıqlar altında elımi-etnoqrafik nəşrlər də peyda olmuşdur. Ancaq nə "Azər", nə də "Azəri" xalqı və dilinin elmi baxımdan bizim Azərbaycanla əlaqəsi sübuta yetirilməmişdir. Kimin işlətməyindən asılı olmayaraq, “azəri” termininin ağlabatan elmi izahı yoxdur.
Azərbaycan sadəcə tarixi-coğrafi ərazinin adıdır və onun da fərqli izahları günümüzə qədər verildiyinə görə təkrarlamağa lüzum görmürəm. İlk Böyük Sovet Ensiklopediyasının I cildində (1925) dilimiz Azərbaycan dili və ya azəri dili adlandırılsa da, mənşəcə türk dilləri qrupuna aid edilir. Kiçik Sovet Ensiklopediyasının I cildində (1928) isə bizi Azərbaycan türkləri, Azərbaycan tatarları, yaxud azərbaycanlılar adlandırırlar, ancaq bizi türk-səlcuqların bu ərazini işğalı nəticəsində formalaşan xalq kimi göstərirlər.
Ağlabatan versiya isə budur: Azərbaycan ərazinin adıdır, bu da İran və Rusiya türk aydınları arasında zaman-zaman mübahisə predmeti olmuşdur. Birincilər bu adın ancaq İran ərazisində olan Azərbaycanı ehtiva etdiyini, quzeyin isə tarixən Arran (Alban) adlandırıldığını yazırdılar. İkincilər isə bu adı vahid etnosun yaşadığı məkan olaraq görürdülər. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda bu cür adın seçilməsinə ən çox İranda yaşayan türk aydınlar etiraz etmişdilər. Azərbaycan xalqı və Azərbaycan dili siyasi terminlərdir. Stalinist siyasətin nəticəsinə Türk və ya Azərbaycan türkü adının dəvşirmə formasıdır. Əslində Azərbaycan adlı bu siyasi vahidin içində böyük çoxluğu türklər təşkil etməklə, ərazidə yaşayan bütün böyüklü-kiçikli xalqlar “azərbaycanlı” adlandırılmaqdadır.
Azər xalqı və ya Azəri xalqı və dili haqqında ciddi elmi bilgilər olmasa da, qədim Azərbaycan ərazisində yaşamış etnik elementlərdən birinə aid olması mümkündür. Bütün hallarda bu tanıtımın biz türklərə aidliyi yoxdur və illərdir süni konstruksiya ilə bunu sübut etməyə çalışanlar hansısa ciddi elmi nəticə ortaya qoya bilməmişlər. Azərbaycan dili isə təmiz türk dilidir və ya türk dilinin mühüm qollarından biridir və əslində bu ad da elmi deyil, siyasi yanaşmanın məhsuludur. Azərbaycan xalqı deyəndə mütləq çoxluğu türklərin təşkil etdiyi bütün etnik mozaikanın içinə alan siyasi bir təşəkkül başa düşülür. Azərbaycan dili deyəndə isə Azərbaycan xalqının rəsmi dövlət dili olan Türk dili və ya Türk dillərinin mühüm qolu nəzərdə tutulur. Açıq ifadə edərsək əslində indiki müstəqillik dönəmimizdə biz siyasi təşəkkülümüzün sabitliyi və dövlətimizin bütövlüyü üçün etnik mənsubiyyəti siyasi kimliklə uzlaşdırmağa loyal yanaşmışıq.
Fazil Mustafa, Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Yanvar 2026 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

28 Sentyabr 2026 02:24see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri