“Azəriqaz” 22 il əvvəl ölən qadının adına BORC YAZDI
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən 22 il əvvəl vəfat edən qadının adına 2020-ci və 2024-cü illər arasında ümumilikdə 12 824.40 manat borc hesablanıb.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı mərhumun nəvəsi məhkəməyə müraciət edib.
İşin hallarına görə, “Azəriqaz” İB tərəfindən 2020-2024-cü illər ərzində aktlar tərtib edilib, aktlarda sayğacsız təbii qazdan qeyri-qanuni istifadə olunduğu qeyd edilib. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Gövhər Məmməd qızı 2003-cü ildə vəfat edib.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş fərdi evə quraşdırılan qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz və əlavə xətt aşkar edilməyib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə iddia təmin edilib. Cavabdeh tərəfindən hesablanmış 12 824.4 manat məbləğində borc silinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 12 Dekabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















